Bu barədə Trend-ə məlumat verən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan dünyada “İqtisadi azadlıq indeksi”ni ən çox təkmilləşdirən 11 ölkə sırasındadır:
"Prezident İlham Əliyev tərəfindən aparılan sistemli iqtisadi islahatların daha bir beynəlxalq uğurunun şahidiyik. Çünki “İqtisadi azadlıq indeksi”nin tarixində Azərbaycan qədər irəliləyiş edən ikinci bir ölkə yoxdur.
Beləliklə, Azərbaycan əsasən azad ölkələrin sırasında mövqelərini daha da möhkəmləndirib. Azərbaycanın bu irəliləyişi biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyyətlərə əsaslanır. Azərbaycan “İqtisadi azadlıq indeksi”nə görə Polşa, Belçika, Portuqaliya, İspaniya və Fransa kimi Avropa ölklərini geridə qoyub. Azərbaycan Avropa regionunda “İqtisadi azadlıq indeksi”ni ən çox yaxşılaşdıran ölkə kimi qiymətləndilib. Azərbaycanın “İqtisadi azadlıq indeksi” Avropanın orta göstəricisinə təxminən bərabərdir. Bu ildən etibarən “İrs Fondu” Azərbaycanı Asiya-Sakit okean deyil, Avropa ölkəsi kimi qiymətləndirib".
Baxış sayı: 1 037
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

