FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: ”Ermənistan işğal etdiyi ərazilərimizdə qanunsuz faliyyətlər həyata keçirir”
13-02-2016, 21:55 | SİYASƏT
Prezident İlham Əliyev: ”Ermənistan işğal etdiyi ərazilərimizdə qanunsuz faliyyətlər həyata keçirir”

Fact-info.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışında deyib.  

Dövlət başçısının sözlərinə görə, Azərbaycan ərazilərinin 20 faizi iyirmi ildən artıqdır ki, erməni işğalı altındadır: “İnsanlarımızdan başqa, bundan təbiət də əziyyət çəkir. Beynəlxalq nəzarətdən kənar bu ərazilərdə qanunsuz fəaliyyətlər həyata keçirilir. Xüsusilə meşə zolaqları qırılır. Çünki bu ərazi özünün qədim ağacları ilə məşhurdur. Ona görə də, onlar kommersiya məqsədləri üçün qırılır”.  

Azərbaycan prezidentinin sözlərinə görə, Azərbaycan üçün ən böyük iqlim təhdidi odur ki, ölkəni su ilə təmin edən çayların əksəriyyəti qonşu ölkələrdən gəlir: “Araz çayı Ermənistan tərəfindən çirklənir və bu da bizim hamımız üçün təhlükədir. Bu çirkləndirməni dayandırmaq barədə müraciətlərə baxmayaraq, Ermənistan bu əməlini davam etdirir. Biz işğalı davam edən ölkə tərəfdən daha çox anlayışın olmasını istərdik. Yanvarda AŞPA Ermənistanın qonşu regionlara su təminatı zamanı problem yaratmasını pisləyən qətnamə qəbul edib. Dağlıq Qarabağın de-fakto Azərbaycanın nəzarətində olduğu zaman orada tikilən su anbarı sivil insanlara problem yaratmaq məqsədləri üçün istifadə edilir. Kür və Araz çaylarından Azərbaycana su təminatı kritikdir. Biz dağlarımızdan Bakıya su  boruları çəkmişik. Ona görə də, qonşularımızdan asılılığımız azdır. Lakin yenə də, bu problem olaraq qalır. Ancaq eyni zamanda bizim Xəzər dənizi kimi böyük ehtiyatımız var. Biz Xəzər dənizinin suyundan ilkin olaraq irriqasiya, daha sonra içməli su kimi istifadə edilməsi üçün pilot layihəyə başlamağa hazırıq”.  

Azərbaycan prezidenti bildirib ki, Azərbaycan qazlaşdırma siyasətini davam etdirir: “Bu gün biz elektrik enerjisi üçün qaz və sudan istifadə edirik. Bu bizim töhfəmizdir. Baxmayaraq ki Azərbaycanın Kioto protokolu qarşısında heç bir öhdəlikləri yoxdur. Bizim bu işə sadiqliyimiz böyükdür və müstəqilliyimizin bu illərində gördüyümüz işlər onu göstərir ki, biz bu sahədə etibarlı tərəfdaşıq”.




Baxış sayı: 1 878
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031