FACT-INFO.AZ » SİYASƏT » Tbilisidə “Xocalı: tarixin qan yaddaşı” adlı layihə baş tutub
10-03-2020, 09:45 | SİYASƏT
Tbilisidə “Xocalı: tarixin qan yaddaşı” adlı layihə baş tutub

Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “EMEDIA GROUP” Media təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan Xarici İşlər Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi il “Xocalı: tarixin qan yaddaşı” adlı tədbir baş tutub.

Tədbirdə Azərbaycanın peşəkar rəssamlarının 50-yə yaxın əsəri nümayiş etdirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olub, sonra “EMEDIA GROUP”un Xocalı faciəsi ilə bağlı hazırladığı sənədli film və “Məriz” ekran əsəri nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Xocalı faciəsinin baş vermə səbəbləri, ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri qanlı cinayətlər barədə məlumat verib. O, Xocalı soyqırımını bəşəriyyət tarixində insanlığa qarşı törədilən ən qanlı cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan çıxışında bildirib ki, Xocalı faciəsi ilə bağlı gələcək nəsilləri məlumatlandırmaq olduqca önəmlidir. Səfir deyib: “Xocalı: tarixin qan yaddaşı” adlı sərgi Türkiyənin bir neçə şəhərində də təşkil olunacaq. Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və olacaq”. Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Ruslan Hacıyev, Gürcüstanın tanınmış kinorejissoru, Milli Geyimlər Muzeyinin direktoru Gogi Dolidze, muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva və başqaları çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər. Çıxış edənlər Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırıb, soyqırımını törədənlərin beynəlxalq hüquq əsasında cəzalandırılmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, cinayətkarın cəzasız qalması digər qanlı faciələrə yol aça bilər. “Hər bir azərbaycanlı Xocalı faciəsinin dünyada tanıdılmasında iştirak etməlidir”, - deyə çıxışlarda vurğulanıb. “EMEDIA GROUP” un rəhbəri Elşən Əliyev, layihə rəhbəri çıxış edərək Xocalı soyqırımı ilə bağlı görülən işlərdən danışıb, Tbilisidə tədbirin təşkilindəki dəstəyə görə Azərbaycan səfirliyinə və muzeyin rəhbərliyinə minnətdarlıq ediblər.

Bildirilib ki, “Xocalı: tarixin qan yaddaşı” adlı tədbirə fevralın 2-də Biləsuvar rayonunda start verilib. Analoji tədbir Quba və Gəncədə də təşkil olunub. Tədbir Gürcüstandan sonra Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində, eləcə də Rusiyada da keçiriləcək. Məqsəd Xocalı faciəsinin dəhşətini rəssamların əsərləri ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Sərgidə Azərbaycanın və Gürcüstanın tanınmış siyasətçiləri, ictimaiyyət nümayəndələri, KİV iştirak ediblər.




Baxış sayı: 1 049
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031