FACT-INFO.AZ » XƏBƏR » Parisdə “Azərbaycan böyük dövlətlər arasında” kitabının təqdimatı keçirilib
10-03-2020, 08:50 | XƏBƏR
Parisdə “Azərbaycan böyük dövlətlər arasında” kitabının təqdimatı keçirilib

Parisdəki səfirliyimizin Mədəniyyət Mərkəzində səfir Rəhman Mustafayevin fransız dilində nəşr edilmiş “Azərbaycan böyük dövlətlər arasında” adlı kitabının təqdimatı olub.

Trend-in məlumatına görə, təqdimat mərasimində “Hermine” kommunikasiya şirkətinin rəhbəri Loran Pultye dü Menil, Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanüel Düpüi və “Presses du Châtelet” nəşriyyat evinin rəhbəri Jan-Daniel Belfond çıxış ediblər.

Bildiriblər ki, arxiv materialları əsasında yazılmış kitab Azərbaycan Xalq Cümhuriyyəti, onun yaranması və fəaliyyətindən bəhs edir. Kitab tədqiqatçılar üçün çox faydalıdır. Natiqlər Azərbaycanın geosiyasi mənzərəsi haqqında məlumat veriblər. Azərbaycanın balanslı siyasətinə, regionda vacib roluna, qonşu böyük dövlətlərlə münasibətlərinə toxunublar.

Qeyd edilib ki, Azərbaycan Avropa, eləcə də Fransa üçün çox önəmli ölkə olub və yenə də olmaqdadır. Ölkəmizin geosiyasi mövqeyi, regional təhlükəsizlik sistemlərindəki iştirakı, bununla bağlı strateji qərarlarından danışılıb.

“Azərbaycan böyük dövlətlər arasında” kitabının müəllifi səfir Rəhman Mustafayev çıxış edərək, kitab haqqında ətraflı məlumat verib.

Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə dair xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixli Sərəncamı, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə dair Prezident İlham Əliyevin Sərəncamı birinci Azərbaycan Demokratik Respublikasına ölkəmizdə verilən əhəmiyyəti əks etdirir. Bu sərəncamlardan irəli gələn vəzifələrdən biri də Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatların aparılmasıdır.

Bildirilib ki, kitabda ölkəmizin müstəqilliyinin elan edilməsindən, Azərbaycanın ilk parlament və hökumətinin, dövlət aparatının təşkil olunmasında, sərhədlərinin müəyyənləşdirilməsindən, bayraq, himn və gerbinin yaradılmasından söz açılıb. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsindən, Azərbaycanın ilk universitetinin təsis olunmasından danışılıb. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti irqindən, dinindən, cinsindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarına eyni hüquqları verib.

1918-ci ildə baş vermiş siyasi proseslərdən, ilk Respublikanın nailiyyətlərindən söz açılan kitabda, həmçinin o dövrdə Azərbaycan diplomatiyasının əsas məqsədlərinə toxunulub. 1918-1920-ci illərdə böyük dövlətlərin ölkəmizə qarşı mövqeləri təhlil olunub.

Birinci Respublika dünyəvi dövlət çərçivəsində demokratiya və İslamı harmoniya şəklində birləşdirən ənənəvi müsəlman cəmiyyətində parlament sisteminin yaradılmasının mümkünlüyünü göstərib. Xalq Cümhuriyyətinin daxili və xarici siyasətindən danışılıb. Eyni zamanda, 1918-ci ilin martında erməni daşnak dəstələrinin xalqımıza qarşı törətdiyi kütləvi qırığından söz açılıb. Ovanes Kaçazuninin 1923-cü ilin aprelində Buxarestdə hökumətin və partiyasının daxili və xarici siyasətini tənqid edən hesabatından sitatlar gətirilib.

Fransa, İtaliya və İngiltərənin Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanımasından və bundan sonra fransız diplomatiyasının regionda fəallaşmasından danışılıb.

1918-1920-ci illərdə Ermənistanın Qarabağ, Zəngəzur və Naxçıvanda erməni separatçılarını dəstəkləməsindən, erməni daşnaklarının bolşeviklərlə “Qarabağ cəbhəsi” açmaq sazişindən bəhs olunub.

Zəngəzur rayonunun Ermənistana verilməsi nəticəsində Azərbaycanın Naxçıvanla əlaqələrinin kəsildiyi diqqətə çatdırılıb. Sovet Rusiyasının rəhbərliyi Azərbaycan ərazilərindən istifadə edərək, regionda öz strateji məqsədlərinə nail olduğu bildirilib.

1921-1923-cü illərdə Dağlıq Qarabağın muxtariyyətinin yaradılması ölkədə, eləcə də regionda siyasi vəziyyətin qeyri-stabillik faktoru idi. 1987-1988-ci illərdə Ermənistan bu faktordan istifadə edərək ölkəmizə qarşı ərazi iddiaları qaldırdığı səsləndirilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.




Baxış sayı: 1 063
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031