FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da sabitlik yolu ilə gedəcək və investorlar üçün əsas məsələlər bunlardır
5-03-2020, 08:45 | SİYASƏT
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da sabitlik yolu ilə gedəcək və investorlar üçün əsas məsələlər bunlardır

Azərbaycan bundan sonra da sabitlik yolu ilə gedəcək və investorlar üçün əsas məsələlər bunlardır.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Ağstafa Aqrar Sənaye Kompleksinin açılışından sonra müəssisənin kollektivi ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Sizi salamlayıram, mən artıq üçüncü dəfədir ki, Ağstafa aqrar parkının işi ilə tanış oluram. Hər dəfə burada olanda yeniliklər görürəm, inkişaf görürəm. Şadam ki, aqroparkın bu illər ərzində inkişafı çox sürətlidir və o cümlədən mənim də tövsiyələrim nəzərə alınıbdır. Beləliklə, Ağstafa rayonunda çox müasir istehsal, kommersiya, ticarət kompleksi yaradılıb.

Mən birinci dəfə burada 2012-ci ildə olmuşam. O vaxt biz aqroparkın yaradılmasının birinci mərhələsini qeyd edirdik. Ondan sonra 2016-cı ildə bu gün burada tanış olduğum müəssisənin təməl daşı qoyulmuşdur və bu gün - 2020-ci ildə yenə də buradayam. Şadam ki, bu aqropark bu gün Azərbaycanın kənd təsərrüfatı və emal sahəsində çox önəmli rol oynayan böyük bir müəssisədir. Bu da təbiidir. Çünki Azərbaycanda sahibkarlar, investorlar üçün çox gözəl şərait yaradılıb. Onlar bilirlər ki, dövlət onların arxasındadır. Bilirlər ki, Azərbaycan bundan sonra da sabitlik yolu ilə gedəcək və investorlar üçün əsas məsələlər bunlardır. Hər bir investor - istər xarici olsun, istər daxili olsun, öz investisiyalarını planlaşdıranda mütləq bu amilləri nəzərə alır. Bir çox xarici investorlarla görüşlər əsnasında onların mənə bildirdikləri əsas fikir o idi ki, Azərbaycanda sabitlik var. Bu sabitliyin artıq 27 yaşı var və bundan sonra da ölkənin uğurlu inkişafı heç kimdə şübhə doğurmur.

Bundan əlavə, mövcud olan infrastruktur. Əgər indiyədək dövlət tərəfindən bölgələrdə infrastruktur layihələri icra edilməsəydi, yəqin ki, investorlar da investisiyaları üçün başqa yerlər axtaracaqdılar. Ağstafa rayonunda bu sahədə çox böyük işlər görülüb. Bu gün yeni yarımstansiyanın açılışında mənə məlumat verildi ki, indi Ağstafa rayonunun enerji təchizatı 20 meqavat ətrafındadır, ancaq potensial iki dəfə bundan böyükdür. Yəni, iki dəfə bundan artıq sənaye müəssisələrinin, digər obyektlərin yaradılması artıq mövcud enerji gücləri ilə təmin ediləcək. Əlbəttə ki, enerji təminatının yaxşı səviyyədə olması biznes üçün vacib şərtlərdən biridir. Bildirməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Qazlaşdırma səviyyəsi Ağstafa rayonunda 90 faizdir. Təmirli yolların səviyyəsi 90 faizə yaxındır. İçməli su layihəsi 2013-cü ildə başa çatmışdır, istismara verilmişdir. Yəni, investorlar üçün bütün şərait yaradılıb. Şadam ki, Ağstafa aqroparkının investorları bütün bu imkanlardan istifadə edib, böyük vəsait qoyublar. Mənə verilən məlumata görə 80 milyon manat ətrafında vəsait qoyulub və qoyulan vəsait göz qabağındadır. Çünki bir daha demək istəyirəm, üçüncü dəfədir ki, buradayam və bu aqroparkın inkişafının tarixçəsi də mənim gözümün önündə olub.

Bu aqroparkın kənd təsərrüfatının inkişafına da çox böyük dəstəyi olacaq. Mən maraqlandım, məhsuldarlıq orta məhsuldarlıqdan çoxdur. Ölkə üzrə taxılçılıqda orta məhsuldarlıq 32 sentnerdir, sizdə isə 40-50 sentner məhsul əldə edilir. Bu da çox vacibdir. Çünki bizim əkin sahələrimiz bir qədər məhdud olduğu üçün məhsuldarlığın artırılmasına xüsusi diqqət göstərilməlidir.

Sahibkarlar dövlət tərəfindən qayğı ilə əhatə olunub, dövlət öz dəstəyini göstərir. Bu aqroparkın yaradılmasına da dövlət öz maliyyə dəstəyini göstəribdir, ancaq investorların qoyduğu vəsait ondan qat-qat artıqdır. Amma dövlət öz dəstəyini göstərməklə, eyni zamanda, öz siyasi dəstəyini də göstərir. Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. Çünki dövlət xətti ilə icra edilən əsas infrastruktur layihələri başa çatmaq üzrədir. Ona görə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması - bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. İnvestorlar da belə gözəl müəssisələrin yaradılması ilə digər sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də vəsait qoyun. Azərbaycanlı investorlar, ilk növbədə, Azərbaycana vəsait qoymalıdırlar ki, bizdə işlər daha yaxşı getsin. Çünki bizim əhalimiz artır. Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik. Ona görə iqtisadi inkişaf, sərmayə qoyuluşu demoqrafik inkişafı üstələməlidir. Bu, əsas vəzifədir. Əlbəttə ki, işlə təmin edilən vətəndaşlar yaxşı maaşla təmin olunmalıdırlar, onların iş şəraiti yaxşı olmalıdır. Mən demişəm ki, 8 saatlıq iş günü vardır və heç bir işçini ondan artıq işlətmək olmaz. Eyni zamanda, bütün işçilər gərək rəsmi qaydada maaş alsınlar, kölgə iqtisadiyyatına yol vermək olmaz. Qeyri-rəsmi məşğulluğa yol vermək olmaz. Sizin kimi müəssisələrdə bu faktlar yoxdur və ümumiyyətlə ola da bilməz. Çünki sizin yanaşmanız beynəlxalq yanaşmadır və mən istəyirəm ki, bütün Azərbaycan müəssisələri bu prinsiplər əsasında işləsinlər.

Mən bunu artıq bir neçə dəfə demişəm, bir daha işçilərə demək istəyirəm. Xüsusilə nəzərə alsaq ki, bu bölgədə aprelin əvvəlindən səhiyyə sistemimiz icbari tibbi sığorta sisteminə keçir, pulsuz tibbi xidmət almaq üçün vətəndaşlar gərək mütləq rəsmi qaydada işləsinlər. Ona görə qeyri-rəsmi məşğulluğa qarşı mübarizə üsullarından biri də icbari tibbi sığorta olacaq. Əlbəttə ki, əgər kimsə qeyri-rəsmi işləyirsə, gələcəkdə pensiyadan da məhrum olacaq.

Bir sözlə, belə gözəl müəssisələrin yaradılması və inkişafı məni çox sevindirir. Xüsusilə mən bu aqroparkın timsalında ardıcıl siyasəti görürəm. Çünki bəzi hallarda müəssisə yaradılır, hətta elə hallar olub ki, mən o müəssisələrin açılışında iştirak etmişəm, ondan bir müddət sonra o bağlanır. Deməli, iş prosesi düzgün qurulmayıb. Amma sizdə nəinki bağlanmayıb, hətta mənim bura gəldiyim bu 8 il ərzində hər dəfə inkişaf, yenilik görürəm. Görürəm ki, burada insanlara yüksək qayğı göstərilir. Bu şərait böyük zövqlə yaradılıb, eyni zamanda, market, kafe. Hər şey insanlar üçündür ki, Azərbaycan vətəndaşları daha yaxşı, rahat yaşasınlar. Bunları təmin etmək üçün Azərbaycan dövlətinin kifayət qədər iradəsi, imkanları var və Ağstafa rayonunda görülən işlər buna əyani sübutdur.

Sizi bir daha təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Mən maraqlandım və məlumat verildi ki, bu üçüncü mərhələ sonuncu mərhələdir. Amma sizin başqa planlarınız da var və ümid edirəm ki, növbəti dəfə sizinlə burada görüşəndə yeni layihələr haqqında mənə məruzə edəcəksiniz. Sağ olun".




Baxış sayı: 877
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir Bu gün, 16:30 Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir Bu gün, 15:00 II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı? Bu gün, 12:30 “Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb Bu gün, 10:00 Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür Bu gün, 09:30 Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük Bu gün, 08:30 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır Bu gün, 08:00 Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu Dünən, 18:30 Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər Dünən, 18:30 Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media Dünən, 16:30 Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb Dünən, 15:30 DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib Dünən, 15:30 Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb Dünən, 15:00 Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz Dünən, 11:30 Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək Dünən, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb Dünən, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Dünən, 09:30 Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınıb - DTX məlumat yaydı 10-08-2026, 21:00 Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib 10-08-2026, 18:30 Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb 10-08-2026, 18:00 UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub 10-08-2026, 16:00 Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur 10-08-2026, 16:00 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 10-08-2026, 15:30 Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır 10-08-2026, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur 10-08-2026, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir 10-08-2026, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir 10-08-2026, 08:00 Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir 9-08-2026, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu 9-08-2026, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb 9-08-2026, 07:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31