Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki Daimi nümayəndəsi Ceyms Gilmor brifinq zamanı deyib.
O bildirib ki, ATƏT Minsk qrupu bu məsələnin həlli yollarını axtarır:
“Mən həm Azərbaycanın, həm də Ermənistanın səfirləri ilə görüşmüşəm, onlarla ayrı-ayrılıqda münaqişə və öz ölkələrində bu vəziyyətin necə qiymətləndirilməsi barədə danışmışam”.
D.Gilmorun sözlərinə görə, ABŞ-ın mövqeyi ondan ibarətdir ki, bu münaqişənin hərbi həlli ola bilməz:
“Münaqişə yalnız diplomatik yoll həll olunmalıdır. Minsk qrupu Rusiya, ABŞ və Fransa tərəfindən təmsil olunur. Mən həmsədrlərlə əvvəllər görüşmüşəm, fikrimcə yenə görüşlərimiz olacaq. Onlar diplomatik danışıqları davam etdirənədək kəskinləşmə görməyəcəyik. Ona görə də bizim mövqeyimiz tərəflər arasında danışıqların təmin olunması üçün sabit vəziyyəti dəstəkləməkdən ibarətdir”.
Baxış sayı: 970
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

