ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Ohayo ştatını təmsil edən demokrat konqresmen Tim Rayn Xocalı qətliamı ilə bağlı bəyanat verib.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, bəyanatda Xocalı qətliamı və bu dəhşətli faciənin qurbanları yad edilir.
28 il əvvəl 1992-ci ilin fevral ayında Xocalının günahsız əhalisinə qarşı vəhşicəsinə törədilmiş qırğının insanları sarsıtmaqda davam etdiyi bildirilir.
Cənubi Qafqazda törədilmiş ən böyük qəddarlıqlardan biri kimi xarakterizə olunan Xocalı qətliamı üzrə ədalətin təmin olunmadığı və 150 mülki əhalinin hələ də aqibətinin bəlli olmadığı diqqətə çatdırılır.
Beynəlxalq ictimaiyyəti insan hüquqlarına və demokratik öhdəliklərə hörmət etməyi tələb edən Konqres üzvü, Xocalıda baş verənləri yadda saxlamağın və qətliamı törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayır.
Baxış sayı: 1 126
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

