Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Gazelli” İncəsənət Evində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb.
“The New Verge” adlanan sərgidə Azərbaycanın görkəmli rəssamları - Əşrəf Murad və Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun əsərləri nümayiş olunur.
Tədbiri giriş sözü ilə açan “Gazelli” İncəsənət Evinin direktoru Mila Əsgərova Azərbaycanın incəsənət xadimlərinin Britaniyada tanıdılmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Londonda belə sərginin keçirilməsindən məmnunluq duyduğunu ifadə edib.
Sərgidə Azərbaycanın Britaniyadakı səfiri Tahir Tağızadə, diplomatik korpusun üzvləri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva və xarici qonaqlar iştirak ediblər.
Baxış sayı: 1 060
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

