Azərbaycanda bu il cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsini təmin etmək məqsədilə qanunvericilik təkmilləşdiriləcək.
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə imzalanmış “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Milli Fəaliyyət Planında qeyd edilir ki, bununla əlaqədar bu il ərzində koordinasiya mexanizmi yaradılacaq, müvafiq normativ hüquqi akt hazırlanacaq və qəbul ediləcək.
Bu işin icraçıları Nazirlər Kabineti, İqtisadiyyat və Ədliyyə nazirlikləri, Maliyyə Monitorinqi Xidməti olacaq.
Sənədə əsasən, bu il İqtisadiyyat Nazirliyi, Maliyyə Monitorinqi Xidməti tərəfindən risk qiymətləndirilməsinin keçirilməsi üçün zəruri olan metodologiya müəyyən ediləcək.
Baxış sayı: 1 064
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

