Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə N hərbi hissəsinin şəxsi heyəti, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, ictimaiyyət nümayəndələri və Xocalı faciəsinin şahidləri iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə erməni millətçiləri tərəfindən 200 ildən artıq müddətdə xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı, təcavüzkarlıq siyasəti haqqında danışılıb və Xocalı soyqırımının bu qanlı siyasətin davamı olması bir daha vurğulanıb.
Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı fotosərgiyə baxış keçirilib.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin hazırladığı bədii kompozisiya ilə sona çatıb.
Baxış sayı: 949
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

