FACT-INFO.AZ » SİYASƏT » Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21-02-2020, 11:15 | SİYASƏT
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır

Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Ermənistan nümayəndə heyəti öz ənənəsinə sadiqlik nümayiş etdirib. Ermənistan nümayəndə heyətinin üzvü çıxışında insan haqlarından bəhs edib və Azərbaycanı bütün erməniləri ölkədən qovmaqda ittiham edib.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili çıxışını bir daha Ermənistan nümayəndə heyətinin yalan və saxta fikirlərinə münasibət bildirməklə başlayıb. O, erməni deputatların yalan dolu çıxışlarından artıq hamının yorulduğunu qeyd edərək, hazırda Azərbaycanda 30 min erməninin yaşamasının “Azərbaycanda bir nəfər də erməni yoxdur” yalanına tutarlı cavab olduğunu bildirib. Xüsusilə vurğulanıb ki, monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır.

T.Mirkişili çıxışında, həmçinin Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlıqda və ölkəmizin bu əməkdaşlığın qarşılıqlı tələbat və prioritetlər əsasında qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu əməkdaşlıq bütün iştirakçı dövlətlərin ATƏT prinsiplərinə tam riayət etməsini və müfəssəl təhlükəsizlik konsepsiyasının üç ölçüsü boyunca öhdəliklərimizin yerinə yetirilməsini təmin edir. Çıxışda, həmçinin ATƏT-in media azadlığı üzrə nümayəndəsinin öz mandatını rəhbər tutaraq ümumi öhdəliklərin yerinə yetirilməsinə töhfə verə və fəaliyyətində bütün iştirakçı dövlətlərə kollektiv dəstək göstərə biləcəyinə ümid ifadə olunub. Bildirilib ki, nümayəndə Parlament Assambleyasının 193 saylı qərarının müddəalarına sadiq şəkildə iştirakçı dövlətlərin hökumətləri ilə bütün etibarlı mənbələrdən məlumatların toplanması və alınması, eləcə də uyğunsuzluq iddiası ilə bağlı iddialara baxılması üçün birbaşa əlaqə yaratmalıdır: “Bu məqsədlə ATƏT-in media azadlığı üzrə nümayəndəsini iştirakçı dövlətlərdə medianın inkişafı ilə əlaqəli məsələlərə reaksiya verməzdən əvvəl iştirakçı dövlətlərin nümayəndə heyətləri ilə görüşməyə dəvət edirik.”

Azərbaycan nümayəndəsi çıxışının yekununda ATƏT-in media azadlığı üzrə nümayəndəsini bütün ATƏT dövlətlərində media ilə bağlı hadisələr barədə istisnasız olaraq hərtərəfli, obyektiv və qərəzsiz şəkildə hesabat vermə təcrübəsini davam etdirməyə dəvət edib.




Baxış sayı: 931
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031