FACT-INFO.AZ » SİYASƏT » “Bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Rəsmi Bakı
9-02-2016, 23:35 | SİYASƏT
“Bütün məsuliyyət Ermənistanın üzərinə düşür” -Rəsmi Bakı

Fact-info.az saytı xəbər verir ki, bunu APA-ya açıqlamasında Ermənistan xarici işlər nazirinin mətbuat konfransında söylədiyi fikirləri şərh edən Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.  

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində “status-kvo” deyildikdə, siyasi və hüquqi məzmunda Ermənistan tərəfindən güc tətbiq edilərək, Azərbaycan ərazilərinin işğalı və işğal olunmuş ərazilərdə Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı etnik təmizləmə nəticəsində yaranmış vəziyyət nəzərdə tutulur: “Ermənistan xarici işlər naziri rəsmi İrəvanın “status-kvo”nun davam etməsində maraqlı olmadığını deyirsə, onda Ermənistan öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrində tələb olunduğu kimi dərhal, qeyd-şərtsiz və tam şəkildə bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmalıdır”.

H. Hacıyev qeyd edib ki, ABŞ, Fransa və Rusiya prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında “status-kvo”nun qəbuledilməzliyi bir daha vurğulanıb: “Akvil bəyanatında “status-kvo”nun dəyişdirilməsinə xidmət edən və işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmasını nəzərdə tutan əsas prinsiplər müəyyən edilib. Bunun əsasında da yenilənmiş Madrid prinsipləri hazırlanıb. Ermənistan hərtərəfli sülh sazişi üzərində işləmək, etimad quruculuğu tədbiri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında dialoq yaratmaq barədə təklif və çağırışları rədd edib. Əksinə öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmayaraq ölkəmizə qarşı işğalını davam etdirməkdədir. Bundan sonra Ermənistanın sülhdən danışması və Azərbaycana qarşı iddialar irəli sürməsi cəfəngiyatdır və məsuliyyətsizliyin son həddidir”.

H. Hacıyev bildirib ki, münaqişənin hərtərəfli həllinə və regionda davamlı sülhün təmin olunmasına nail olmaq üçün səylər insidentlərin araşdırılması kimi texniki və yardımçı məsələlərə deyil, münaqişənin və atəşkəsin pozulmasının köklü səbəbi olan işğalın aradan qaldırılmasına və Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına yönəldilməlidir: “Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesində köməkçi vasitə kimi insidentlərin araşdırılması kimi texniki mexanizmlərin yaradılması mümkündür. Təəssüflər olsun ki, insidentlərin araşdırılması kimi texniki məsələlərin önə çəkilməsi və Ermənistanın Azərbaycana qarşı işğal və ərazilərini ilhaq etməsinə göz yumulması “status-kvo”nun davam etməsinə və nəticə etibarilə, Ermənistanın maraqlarına xidmət edir.  

Ermənistan silahlı qüvvələrinin çıxarılması və Azərbaycan ərazilərinin işğalına son qoyulması prosesi ATƏT-in Minsk qrupu həmsədrlərinin adət etdikləri azad vaxt rejimində deyil, müəyyən edilmiş konkret vaxt çərçivəsində həyata keçirilməlidir. Ermənistan başa düşməlidir ki, qeyri-qanuni gücdən istifadə və işğal nəticəsində yaranmış vəziyyət heç bir halda legitim hesab edilə bilməz və rəsmi İrəvan bu yolla güddüyü siyasi məqsədlərə nail ola bilməz. “Status-kvo”nun dəyişdirilməsində və münaqişənin ərazi bütövlüyü, suverenlik və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında siyasi həllində ən maraqlı tərəf Azərbaycandır. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək. Buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan isveçli həmkarı Marqot Vallströmlə birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “status-kvo”nun saxlanılmasında Azərbaycanı təqsirli bilib. O qeyd edib ki, Azərbaycan vəziyyəti gərginləşdirir və ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin sülh yolu ilə həll olunması çağırışlarına məhəl qoymur.




Baxış sayı: 1 997
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031