FACT-INFO.AZ » XƏBƏR » Hikmət Şikarov: Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın
17-02-2020, 09:50 | XƏBƏR
Hikmət Şikarov: Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın

Bu bir reallıqdır ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün daim beynəlxalq tribunalardan öz kəskin və qətiyyətli mövqeyini ifadə edib. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm açıqlamalarına hər zaman məqamında, daha uyğun məkanda cavab verməyi üstün tutur. Bununla da Prezident İlham Əliyev hücum taktikasından istifadə edərək, işğalçı Ermənistanın rəhbərliyinə siyasi kürsülərdən bir-birinin ardınca zərbələr vurmaqda davam edir.

Bildiyimiz kimi, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyi tamam fərqlidir və söz sahibi Azərbaycandır. 15 fevral 2020-ci il tarixdə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ətrafında panel müzakirələr zamanı Azərbaycan Prezidenti İlham Əliyev konkret sənədlərə, tarixi faktlara və dəlillərə istinad edərək tutarlı və diplomatik çıxışı ilə Ermənistanın baş naziri Nikol Paşinyana növbəti sərt sillə vurmuş oldu. Ölkə başçısının çıxışı çox qətiyyətli, tarixi, həm də gözlənilən idi.

Paşinyan çətin ki, bu zərbədən tezliklə ayılsın. Yenidən Azərbaycan dövlətinin hücum taktikası Ermənistanı və onun baş nazirini iflic halına saldı. Bu çıxışa cavab verməyə cəhd göstərən Ermənistan baş naziri Nikol Paşinyanın gülünc və cəfəng fikirləri isə Prezident İlham Əliyev tərəfindən cavab çıxışı ilə böyük ustalıqla darmadağın edildi. Yəqin ki artıq Ermənistan hökumətinin başçısının bu fikirləri hətta Ermənistanın özündə belə gülüş və məsxərə obyektinə çevrilib.

Paşinyanın səsləndirdiyi fikirlər isə onun yalan və militarist ritorikadan çıxış etdiyini, siyasətdən xəbərsiz olduğunu, tarixi faktları isə hələ də dərindən araşdırmadığını bir daha təsdiqlədi. Ümumiyyətlə, Ermənistan baş naziri Nikol Paşinyan işğalçı ölkənin rəhbəridir və istənilən bəyanatlarla da çıxış edə bilər. Sadəcə olaraq heç buna ehtiyac da yoxdur. Çünki Paşinyanın bəyanatları o qədər təzadlıdır ki, o ciddi bir siyasətçi kimi qəbul olunmur. Hansı bəyanatla çıxış etməsindən asılı olmuyaraq işğalçı ölkənin baş naziri ancaq öz ölkəsinə və öz nüfuzuna zərər gətirir.

Beləliklə, bu faktlar, bir daha göstərir ki, Paşinyanın yürütdüyü siyasət qeyri-adekvatdır. Onun atdığı addımlar da peşəkar siyasətçiyə yaraşmır. O, ümumi siyasi prinsiplərə zidd olan addımlar atmaqda davam edir. Əsas məqam odur ki, Prezident İlham Əliyevin çox mühüm yüksək səviyyəli siyasi, peşəkar çıxışı Paşinyan üzərindəki növbəti üstün həlledici zərbə oldu. Bununla da qeyd etmək olar ki, cənab İlham Əliyev növbəti dəfə təkcə Paşinyan üzərində deyil, Ermənistan üzərində ciddi siyasi qələbəsini qazandı.

Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov




Baxış sayı: 1 288
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031