Macarıstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto bu gün Budapeştdə keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 7-ci plenar iclasının gedişi zamanı bu bəyanatla çıxış edib.
“Bu, bizim dürüst və açıq mövqeyimizdir. Bizim münasibətlər məhz bu strateji nöqtə üzərində qurulub”, - deyə Siyyarto əlavə edib. Xatırladaq ki, bu gün Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib. İclasda ikitərəfli qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri barədə protokol imzalanıb. Azərbaycan nümayəndə heyətinə ölkənin Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev rəhbərlik edib.
Baxış sayı: 931
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

