FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Parisdə “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerası olub
14-02-2020, 11:15 | MƏDƏNİYYƏT
Parisdə “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerası olub

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, ikihissəli ekran əsərinin 1-ci hissəsi fevralın 16-da, 2-ci hissəsi isə fevralın 23-də “France 2” televiziya kanalı ilə yayımlanacaq.

Premyeradan əvvəl Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, “İslam” verilişinin prodüseri Celul Bequra (Djelloul Beghoura), “France Antennes”in baş katibi Antuan Buale çıxış ediblər.

Səfir Rəhman Mustafayev Azərbaycanda dünyəviliyin tarixindən danışıb. Azərbaycanın qadınlara ilk dəfə səsvermə hüququ verilən, ilk opera yaradılan və ilk qızlar məktəbi açılan müsəlman ölkəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi bazasının təməlini qoyub. Milli azlıqlara xüsusi diqqətin göstərilməsi müxtəlif sərəncamlarla təmin olunub. Bu gün ölkəmiz beynəlxalq multikultural platformaya çevrilib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri birgə mehriban şəraitdə yaşayırlar. Sənədli filmin çəkilişi zamanı Azərbaycanda olan C.Bequra ölkəmizin mədəni və dini zənginliyindən söz açıb. Qeyd edib ki, Azərbaycanda İslama dair sənədli film hazırlamaqda məqsəd “din xalqın opiumudur” demiş, məscidləri, kilsələri yandırmış, dağıtmış, dini qadağan etmiş sovet rejimindən xalqın öz kimliyini, dinini, dəyərlərini necə qoruyub saxladığını bilmək, Sovet İttifaqı dağıldıqdan sonra xalqın öz kimliyini, dini dəyərlərini necə bərqərar etdiyi və bu gün bunu necə həyata keçirdiyini öyrənmək olub.

O, filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfirinə, eləcə də əməyi olan bütün şəxslərə təşəkkürünü bildirib. Çıxışlarda Azərbaycanın dünyəvilik modelinin nadir olduğu vurğulanıb. “Azərbaycan- sivilizasiyaların kəsişməsində” sənədli filmində ölkəmizin hələ qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan olmasından danışılıb. Azərbaycanın əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu, İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığı göstərilib. Müxtəlif dinlərə etiqad edən insanların ölkəmizdə daim sülh və əmin-amanlıq şəraitində yaşamasından söz açılıb. Tarixboyu ölkəmizdə yaşayan xalqlar arasında milli, dini ayrı-seçkilik zəminində ədavət və qarşıdurmanın olmadığı qeyd edilib. Ekran əsərində Azərbaycanda fəaliyyət göstərən dini icmalar haqqında da məlumat verilib. Bildirilib ki, ən qədim kilsə Şəkidədir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban birgəyaşayış ənənəsinin qorunub saxlanmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var.

Həmçinin filmdə ölkəmizdəki dövlət-din münasibətlərinə toxunulub. Prezident İlham Əliyevin qayğısı ilə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, birgəyaşayış ənənələrinin daha da məhkəmləndirildiyi, etnik qruplara və dini icmalara dövlət qayğısının artırıldığı bildirilib. Mədəniyyətlər və dinlər arasında dialoq platforması olan ölkəmizdə keçirilmiş Dünya dini liderlərinin Bakı sammitindən danışılıb.

Qeyd edək ki, “France 2” televiziya kanalı ilə yayımlanan “İslam” verilişinin yaradılması 1983-cü ildə “İslamı yaşamaq” (Vivre l'İslam) Assosiasiyası tərəfindən təklif olunub. Həftəlik veriliş İslam tarixini, dəyərlərini və sivilizasiyasını təbliğ edir.




Baxış sayı: 988
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031