Ötən bazar günü Azərbaycanda ölkənin qanunvericilik orqanına keçirilən növbədənkənar seçkilər Belçika KİV-lərində geniş işıqlandırılıb.
İttifaqının böyük oxucu auditoriyası olan "Euractive" nəşri Bakıda səfərdə olmuş jurnalist Georgi Qotevin “Azərbaycanlılar parlamentdə gənc namizədlərə ümid bəsləyirlər” sərlövhəli məqaləsini dərc edib
Məqalədə deyilir ki, seçkilərdə Yeni Azərbaycan Partiyası inamlı qələbə qazanıb. Parlamentə Qərb universitetlərində təhsil almış, xarici dilləri bilən çoxlu namizəd seçilib. Onlar Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan islahatların hərəkətverici qüvvəsinə çevriləcəklər. Qotev yazır: “Bu gün kimlərinsə barəsində “gənc və savadlı” deyilirsə, onda Qərbin nüfuzlu universitetlərində təhsil almış, həyata mütərəqqi baxışları olan insanlar başa düşülür”. ƏTRAFLI Adsgarden.com
Məqalədə deputatlığa rekord sayda namizəd olduğu qeyd edilir. Müəllifin fikrincə, bu, cəmiyyətin seçkilərə etimad göstərdiyini göstərir. Müəllif vurğulayır ki, Azərbaycan inamla demokratiya yolu ilə addımlayır, hərçənd demokratiyanın özü hətta Qərb ölkələrində idealdan uzaqdır.
Müəllif sonda yazır: “Bütövlükdə ölkədə - restoranlarda və barlarda, getdiyim hər yerdə nikbin əhval-ruhiyyə hökm sürürdü”.
Baxış sayı: 856
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

