Şəffaf və rəqabətli seçkilər Azərbaycanda səmərəli islahatlar üçün zəruri olan yeni parlamentə inamı artırır.
Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin Azərbaycana səfərinin nəticələri ilə bağlı yayılan məlumatda yer alıb.
Georgi Tsereteli beynəlxalq müşahidəçilərin Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük maraq göstərdiklərini bildirib. O, Bakıya səfəri zamanı bir sıra görüşlər keçirdiyini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün daha maraqlı və məhsuldar olduğunu vurğulayan ATƏT PA-nın sədri seçkilərlə əlaqədar hakimiyyətin atdığı mütərəqqi addımların diqqət mərkəzində olduğunu bildirib.
G.Tsereteli, həmçinin deyib ki, Bakıda keçirilən görüşlərdə Gürcüstan-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub.
Baxış sayı: 839
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

