Heydər Əliyev Fondu tərəfindən Azərbaycana həsr olunan iki yeni nəşr hazırlanır.
Fonddan Trend-ə verilən məlumata görə, hazırda bu kitablarda yer alacaq mövzular üzrə fotoçəkilişlərə başlanılıb.
Fondun Azərbaycana həsr olunan nəşrində xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, ölkənin müasir simasını, flora və faunasını təcəssüm etdirən fotoşəkillər və müvafiq məlumatlar əksini tapacaq. Layihə "Regional İnkişaf" İctimai Birliyi, "Azercell" şirkəti və "GoSport" idman malları mağazasının dəstəyi ilə həyata keçirilir.
Heydər Əliyev Fondunun hazırladığı digər nəşrdə isə Azərbaycan barədə müxtəlif sahələr üzrə məlumatlar toplanacaq. Nəşrdə ölkənin iqtisadiyyat, ekologiya, mədəniyyət, idman və s. sahələri, multikulturalizm ənənələri, turizm imkanları və digər istiqamətlər əhatə olunacaq, müvafiq fotoşəkillər yer alacaq.
Layihə üzrə çəkilişlər ilin dörd fəslini əhatə edərək Bakıda və respublikanın müxtəlif bölgələrində aparılacaq.
Oxucular bu nəşrlərlə Azərbaycan barədə müfəssəl məlumat əldə etməklə yanaşı, ölkə ilə yaxından tanış olacaq, fotoşəkillər vasitəsi ilə Azərbaycana virtual səyahət edə biləcəklər.
Xatırladaq ki, "Azərbaycan" nəşri Heydər Əliyev Fondu tərəfindən ilk dəfə 2010-cu ildə çap olunub. 1000-dən çox fotoşəklin toplandığı kitab Azərbaycan, rus, ingilis, fransız, alman, italyan dillərində nəşr edilib. Ötən müddət ərzində bu nəşr Fondun müxtəlif ölkələrdə təşkil etdiyi tədbirlərdə qonaqlara təqdim olunub və oxucularda Azərbaycan barədə dolğun təəssüratlar yaradıb.
Baxış sayı: 960
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

