FACT-INFO.AZ » AKTUAL » "Şəxsən bir alim kimi, xəcalət çəkirəm" - İdris ABBASOV
31-01-2020, 09:00 | AKTUAL
"Şəxsən bir alim kimi, xəcalət çəkirəm" - İdris ABBASOV

Əslində, düşmənin qurduğu mexanizm belədir: bütöv bir xalqı və ölkəni məhv etmək üçün əvvəlcə onun liderinə qarşı beynəlxalq və lokal miqyaslı şər, böhtan və iftira xarakterli kampaniyalar aparılır. Bu antihumanist kampaniyada, əsasən, xalqın öz nümayəndələrindən istifadə etmək, öz əli ilə özünü məhv etmək praktikası da var. Bu üsulla bir sıra şərq ölkələrinin səfil vəziyyətə salınıb tar-mar edilməsi gözümüzün önündə baş verir. Şükürlər olsun ki, daxili və xarici opportunistlərin son illərdəki qızğın cidd-cəhdi (cəmiyyətin mədəsini süni surətdə qıcıqlandırmaq səyləri) ölkəmizin harmoniyasını poza bilmədi. Xalqın arzuladığı mütərəqqi dəyişikliklərə, artıq, start verilib.

Dövlətimizi və xalqımızı təlatümlərdən qoruyan başlıca amil xalqın öz liderinə bağlılığıdır. Bu, çox önəmlidir. Ağıllı vətəndaşlar dərk edir ki, ölkənin rifahı təmənnasız ümumxalq sevgisi və birlikdən keçir. Bu prosesdə əyri yoldan ayrılıb düz yolu seçənlər istisna olmaqla, məddah, araqarışdıran, rüşvətxor, karyerist və riyakarlara yer yoxdur.

Bəli, Prezidentin islahat qərarı hakimiyyət möhtərislərinin arzusunu gözündə qoyub. Artıq onlar yəqin ediblər ki, xalqın və ölkənin rifahına hesablanmış planlar həyata keçsə (əlbəttə, bu işdə xalqın rolu əvəzsizdir), İlham Əliyev xalqın ikiqat sevimlisinə çevriləcək, onun adı Azərbaycan tarixində qızıl hərflərlə yazılacaq. Deməli, "xaos olmayacaq və heç vaxt hakimiyyətə gələ bilməyəcəklər!" kabusu məkr sahiblərini dəli edir. Onlar bundan ciddi əndişəyə düşüb fürsət tapdıqca əks-təbliğatlarla reformları gözdən salmağa, ümidsizlik yaratmağa çalışır və bu yöndə "məharət" nümayiş etdirirlər. Təəssüf ki, bunların arasında ortada yeyib qıraqda gəzən, yeniliyə qapalı "alim" adlı zatlar da az deyildir...

Bir aydan artıqdır ki, Ali Attestasiya Komissiyasının gənc tədqiqatçılarla bağlı çıxardığı qeyri-qanuni qərar sosial şəbəkələrdə geniş etiraza səbəb olub. Çıxarılan qərar nəticəsində fəlsəfə doktoru olmağa hazırlaşan yüzdən artıq insanın haqqı tapdalanıb, onlara və ailələrinə maddi və ciddi mənəvi-psixoloji ziyan dəyib. Təşviş, narahatlıq, iztirab və acılar içində qıvrılan gənc və ortayaşlı Azərbaycan vətəndaşları qanuni haqlarını tələb edir, elm adamlarından, öz elmi rəhbərlərindən, tanınmış ictimai xadimlərdən münasibət bildirmələrini xahiş edirlər. Daşdan səs çıxır, onlardan yox! Biganəliyin akademik təzahürü belə olarmış! Yaxud kimsə Vətən övladlarına acı yaşatmaqdan, onların özlərini və ailələrini xəstə, üzgün salmaqdan, yollarda, dəhlizlərdə süründürməkdən belə zövq alarmış... Yəni öz övladlarına qarşı bu dərəcədə qanunsuzluğu, qəlbsizlik və qəddarlığı şəxsi düşüncə dəstxətti ilə legitimləşdirməyin hüquqi, əxlaqi, milli və elmi mənası nədir?

Hörmətli Ali Attestasiya Komissiyası rəsmiləri! Təəssüf ki, struktur dəyişikliklər edib işinizi qanunvericiliyə uyğun qura bilmirsiniz. Bunu mən, ən azından, 9 aya yaxın üzvü olduğum ekspert şurasında müşahidə etdim (etirazımı şuraya gəlməməklə bildirdim, təbii ki, bu, ayrıca bir mövzudur). Yenilik və obyektivlik mürəkkləbləşdirmək və tündləşdirmək yox, sadələşdirmək və şəffaflaşdırmaqdır. Hədəf elmi dərəcə və adların verilməsində obyektivliyi təmin etməkdirsə, bunun vətəndaşların və ölkənin xeyrinə olan çox sadə bir mexanizmi vardır...

Gənclərin ürəkparçalayan haraylarını, haqlarının müdafiəsi üçün acizanə yalvarışlarını görüb dinləyən gözlər kor, qulaqlar kar oldu. Ölkədə eşidən və duyan alim qıtlığı yaşandı. Onların haqq səsinə səs verən olmadı. Haqları tapdanmış, aylardır, illərdir süründürülən övladlarımızın taleyinə biganə qaldıq biz alimlər. İdrakımıza düzən verə bilmədik. Laqeydlik, paxıllıq, qısqanclıq və həsəd içimizi sardı! Ar olsun bizə! Ar olsun bizə ki, gələcəyimizin harayına kefimizi pozmadan sükutla cavab verdik! Ar olsun bizə ki, tələbə, doktorant, dissertantların hesabına pul yığıb övladlarımızı xaricə qaçıra bilməyi, rüşvəti təbliğ etməyi bacardıq, fəqət gələcəyimizin gözlərimiz qarşısında can verdiyini nə gördük, nə də duyduq. Xalqımızın gələcəyi olan gənclərə biganə qaldıq. Məddahlıqla, ikiüzlülüklə, xəyanətlə barışdığımız halda, sədaqət və səmiyyətin mahiyyətini anlamadıq, bəlkə də, anlamaq istəmədik. Bu gün elmi mühitdə baş verənlər – Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq gənc tədqiqatçıların öz haqlarını bu şəkildə tələb etmələri zərurətdən doğur. Bu taleyüklü aksiyanın iştirakçılarını ölkədə gedən demokratik reformların elm və təhsil qanadında ilk qaranquşları da adlandırmaq olar. Onlar öz Prezidentinə inanır, güvənir və bu canlanmaları ilə bir növ dövlətə, xalqa düzgün xidmət edəcəkləri barədə sədaqət andı içirlər. Çünki haqq tələb edən şəxs özü də haqqa sadiq olmağın məsuliyyətini dərk edir.

Artıq bu gənclərin özlərinə qarşı tələbkar olmaları zərurətə çevrildi. Səkanətdən ayılmayanlar, nöqsanı deməkdən çəkinənlər heç vaxt səmimi və özünə qarşı tələbkar ola bilməz. Haqqı tapdalanmış bu gənc tədqiqatçılara mənəvi-psixoloji dəstək olmaq ölkənin taleyini düşünən hər kəs üçün vacibdir. Son hadisələr göstərdi ki, sönmüş ocağa nə qədər yanacaq töksən də, itkiyə gedəcək. Gəlin, közərən ocağa kiçik bir qığılcımı əsirgəməyək! Əziz dostlar, artıq, bu məsələ elmi iş müdafiəsi müstəvisinin çox-çox fövqünə yüksəlib. Bəziləri “əşi, bunlar da elmi ad almaqdan ötrü belə edirlər” – deyə düşünüb məsələyə biganə yanaşırlar. Azacıq düşünün! Axı bu, fərqli bir situasiyadır. 50-dən artıq elmi tədqiqatçı (onların çoxu tədqqat işini çoxdan bitirib) sivil qaydada etiraz edir, hüquqlarını istəyir. Bu özü də ölkədə başladılmış dəyişikliklərə dəstək deyilmi?! Böyük ehtimalla, prosesdə çox mətləblərə aydınlıq gətiriləcək. İnanırıq ki, illər uzunu elmimizi labirintə salan səbəblər aşkarlanacaq, elmi dərəcə və ad alanların lovğalığına, riyakarlığına, sui-istifadəsinə son qoyulacaq.

Gənclərin sağlamlıqları bahasına atdıqları bu addımları dialektikanın təsadüf və zərurət qanunu ilə də müqayisə etmək olar. Bu gənclərin potensialından ölkənin xeyrinə səmərəli istifadə etmək üçün onlara qayğı göstərilməli, dərdləri dinlənilməli, problemləri həll olunmalıdır. Bu yolda sağlamlıqlarını itirənlər də olub. Bəziləri elmi rəhbərin, müəsssisə rəhbərinin və s. təzyiqlərinə məruz qalsalar da, öz yollarından dönmədilər, Azərbaycana ləyaqətli vətəndaş olmaq yolunu üstün tutdular. Var olun!

Bəli, bu gənclərin əlindən tutub onlara dəstək olmaq lazımdır. Təəssüf ki, onların bir qismini vaxtilə öz elmi rəhbərləri şikəst etməyə çalışıblar, qısqanclıqdan onlara düzgün yol göstərməyiblər, hər vasitə ilə zəif iş ortaya qomaqlarına səbəb olublar. Yüksək titullarına rəğmən, qorxublar ki, dissertant savadlanıb onların savadsızlığını üzə çıxarar.

Uzun illərdir ki, “Diplom verək, amma savadları olmasın!” kampaniyasını aparan “sönmüş ocaqlar” gənclərimizi, gələcəyimizi beləcə məhv edirlər. Nəticədə, elmin, səmimiyyətin, qarşılıqlı ehtiramın, qayğının əvəzinə, cəmiyyətdə cahillik, hörmətsizlik, riyakarlıq, qəddarlıq və qarşılıqlı etimadsızlıq hakim olur. Son hadisələr göstərdi ki, biz bir alim kimi bütün cəhətləri ilə faydasız olmuşuq, söyüşcül bir nəsil yetişdirib dünyanın hər yerinə səpələmişik. Özümüz də kənardan baxıb həzz alırmış kimi başımızı girələyir, sanki ölkənin uçuruma yuvarlanacağı günü səbirsizlikılə gözləyirik. Belə alimə hörmət, ehtiram olarmı? Nəhayət, biz alim-akademiklərin, professorların, bir sözlə, alim ordusunun səssizliyi sayəsində aidiyyatı qurumlardan reaksiya verməməsi nəticəsində bir qrup elmi tədqiqatçı ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya kömək üçün Müraciət edib. Şəxsən, bir alim kimi, xəcalət çəkirəm. Fəaliyyətsizliyimiz müqabilində dövlətdən aldığımız maaşın halal olmadığını düşünürəm. Axı belə biganə, məsuliyyətini dərk etməyən, taleyüklü məsələlərə reaksiyası olmayan, ən kiçik problemi də Prezidentin üzərinə yönəldən faydasız alim, akademik və professora dövlət niyə maaş, mükafat, bəzən də yüksək maaş verməlidir?...

Ali Attestasiya Komissiyasının sədri, hörmətli Famil Mustafayev! Mən bir alim-ziyalı kimi, sizi şəxsən tanımasam da, AAK-a sədr gəlməyinizə sevinənlərdən biri oldum. Quruma yeni nəfəs verəcəyinizə, şəffaflıq mexanizmini quracağınıza çox ümid etdim. Elə ona görə də, Filologiya üzrə Ekspert Şurasına dəvəti qəbul edib 9 aya yaxın ekspert kimi təmənnasız fəaliyyət göstərdim. Tam səmimi olaraq deyim ki, şurada obyektiv və ya subyektiv səbəblərdən şəffaf mexanizmin yaradıla bilməməsini gördüm və 15 yanvar 2019-cu ildən oradan ayrıldım. Əlbəttə, bu, başqa bir mövzudur.

Sizdən yeganə xahişim ondan ibarətdir ki, AAK-ın qəbul etdiyi yanlış qərarın nəticəsində ağır vəziyyətə düşmüş, mənəvi-psixoloji zərbələr almış, əlacsız qalıb ölkə Prezidentinə müraciət ünvanlamış onlarla gənc elm adamlarını qəbul edib dinləyəsiniz, onlara qayğı ilə yanaşasınız. Tam alicənablıq və təvazökarlıq göstərib tədqiqatçıları ağır duruma salan qərarı qüvvədən düşmüş hesab edəsiniz. Məhz bu, elmin inkişafı istiqamətində atılmış bir addım olar. İnanıram ki, Siz əqidəsi saf olan bu gənclərlə qısa müddətdə arzu etdiyiniz yeniliklərə nail ola biləcəksiniz. Tanrı yar və yardımçınız olsun! PS. Sabahımız olan bu gənclərə dəstək olmaq hər bir vicdanlı vətəndaşın borcudur. Təmənnamız Azərbaycanın rifahıdır! Təşəkkürümüz Allaha, dualarımız Azərbaycan xalqına, dövlətinə və Prezidentinədir!

İdris Abbasov

dilçi-alim, şərqşünas, filologiya elmləri doktoru




Baxış sayı: 1 514
3300-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək Bu gün, 11:30 Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozub Bu gün, 11:00 Azərbaycanın dahi şair və mütəfəkkirinin yubileyi Vyanada qeyd edilib Bu gün, 11:00 Böyük Qayıdış: tarixi yaddaşın bərpasında maddi-mədəni irsin rolu və əhəmiyyəti Bu gün, 10:00 Zelenski: Ukrayna NATO-dan yeni tip raketləri vura bilən hava hücumundan müdafiə sistemlərini alacağına ümid edir Bu gün, 10:00 Polkovnik Cəlil Xəlilov 44 günlük Vətən müharibəsi qaziləri ilə görüşüb Dünən, 20:00 COP29-da əldə olunan razılaşma Britaniyanın maraqlarına tam cavab verir Dünən, 19:00 TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul dövlət qurumlarının rəhbərləri bir araya gəliblər Dünən, 13:30 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydalarına dəyişiklik edilib Dünən, 11:00 Azərbaycan kəlağayısının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunub Dünən, 10:30 ABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşıb Dünən, 10:00 Moldovanın Aİ-yə üzv olmaq üçün real şansı var Dünən, 09:30 “Azərbaycan kəlağayısı günü” Dünən, 09:30 Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib 26-11-2024, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər 26-11-2024, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib 26-11-2024, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub 26-11-2024, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq 26-11-2024, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir 26-11-2024, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib 26-11-2024, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib 26-11-2024, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930