FACT-INFO.AZ » SİYASƏT » Politoloq: Sülh və siyasi sabitliyə nail olmağın yeganə yolu beynəlxalq əməkdaşlığı genişləndirməkdən ibarətdir
30-01-2020, 09:55 | SİYASƏT
Politoloq: Sülh və siyasi sabitliyə nail olmağın yeganə yolu beynəlxalq əməkdaşlığı genişləndirməkdən ibarətdir

Davosda keçirilən Dünya İqtisadi Forumu mühüm əhəmiyyət daşıyan platformalardan biridir. Son illərdə Azərbaycanın bu Forumda mütəmadi iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı davamlı uğurlarla bağlıdır. Ölkəmiz istər iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi, istərsə də əməkdaşlıq əlaqələri baxımından Forumda aparıcı iştirakçılardan birinə çevrilib. Dünya nizamının böyük problemə çevrildiyi bir vaxtda bu, çox böyük əhəmiyyət kəsb edir.

Avropada, ümumiyyətlə, bütün dünyada iqtisadi böhrandan xilas yolları axtaran dövlət başçılarının fərdi görüşlərində aparılan danışıqlar bir daha göstərir ki, böhranlı vəziyyətdən çıxmağın yeganə yolu qlobal əməkdaşlığı genişləndirmək, qarşılıqlı etimada və inama güvənməkdir. Ənənəvi Davos Forumunun təşkilində də məqsəd bütün diqqəti dünyadakı qlobal problemlərin həllinə yönəltməkdir. Çünki sülhə və siyasi sabitliyə nail olmağın yeganə yolu regional və beynəlxalq əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq Tofiq Abbasov söyləyib.

Politoloq bildirib ki, Azərbaycanın bu tipli tədbirlərdə iştirakı böyük maraq doğurur. Forum çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusu üzrə panel iclasında Prezident İlham Əliyevın çıxışı və müzakirə olunan problemlərə baxışı maraqla qarşılandı. Bu da ona çoxsaylı sualların ünvanlanmasına səbəb oldu. Dövlətimizin başçısının əsas imperativi ondan ibarətdir ki, Azərbaycanın dövlət siyasətinin reallaşmasında milli maraqları üstün tutması beynəlxalq trendlərlə və cərəyanlarla üst-üstə düşür. Burada söhbət, ilk növbədə, vacib sosial-iqtisadi əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsindən gedir.

“Azərbaycan Avrasiya məkanının qərbində, regionda son dərəcə vacib layihələri reallaşdırmaqla xəttə bir neçə dövləti cəlb edə bilib. Burada təşəbbüskar rolunda Azərbaycan çıxış edir. Görürük ki, təkcə bizim ölkədə deyil, qonşu ölkələrdə də investisiya mühiti, sosial-iqtisadi yeniliklər təşəkkül tapır. Bu cərəyanların arxasında müəyyən problemlərin həlli dayanır ki, buna, ilk növbədə, sosial rifahın artması, işsizliyin aradan qaldırılması, yoxsulluğun səviyyəsinin aşağı salınması kimi məsələlər aiddir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar proqramı da məhz bu problemlərin həllinə yönəlib. Bunlar həm bizim daxili məsələlərimizlə, həm də dünyada baş verən aktual problemlərlə üst-üstə düşür. Deməli, əgər problemlər varsa, onların həlli yolları da vardır. Ona görə də təkcə lider dövlətlər deyil, dünyanın bütün dövlətləri bu prosesə cəlb olunmalıdır”, – deyə T.Abbasov vurğulayıb.

“Dövlətimizin başçısının Davos Forumunda səsləndirdiyi fikirlər ondan ibarətdir ki, uğurlu modellərin seçimində, uğurlu islahatlar proqramının həyata keçməsində gərək yeni nəfəs olsun, gənc nəslin potensialından istifadə olunsun”, - deyən politoloq vurğulayıb ki, insan kapitalı əsas məqsəd olmalı, innovativ tərzdə düşünənlər öndə getməlidirlər. Bunun üçün də motivasiyanın olması mütləq şərtdir. Prezident İlham Əliyev məhz həvəsləndirici rolunda çıxış edərək, effektli nümunə nümayiş etdirir. Təbii ki, bütün bu deyilənlər Davos İqtisadi Forumunda öz əksini tapdı. Dövlətimizin başçısının Forumdakı çıxışı böyük əks-səda doğurdu.

Politoloq bildirib ki, Davos Dünya İqtisadi Forumunda gündəmdə olan əsas məsələlərdən biri dünyanın birqütblü və çoxqütblü olması məsələsi idi. Forumda bu məsələlərə toxunan Prezident İlham Əliyev bildirdi ki, çoxqütblülük artıq müasir dünyanın bir tələbinə çevrilib. Bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. Dövlət başçısı vurğuladı ki, bu prosesdə yalnız lider dövlətlər deyil, digərləri də iştirak etməlidir. Bunlar həmin o ölkələrdir ki, öz gücünə arxalanır və dünyada baş verən proseslərə kreativ yanaşırlar.




Baxış sayı: 820
Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031