FACT-INFO.AZ » XƏBƏR » Pirallahı rayonunda ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
30-01-2020, 09:25 | XƏBƏR
Pirallahı rayonunda ekoloji tarazlığın qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

Müstəqillik illərində ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranmış, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, dənizin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu mənada Pirallahı rayonunda insanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məsələlərinə daim prioritet istiqamətlərdən biri kimi yanaşılır. “İDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 400 mindən çox ağac və gül kolları əkilmiş, yaşıllıqlar salınmışdır.

Paytaxt üçün ekoloji balansın təmin edilməsində Xəzər dənizinin ayrıca rolu var. Xəzər dənizinin çirklənmədən qorunması, orada yaşayan canlıların, xüsusən nərə balığı kimi dünyanın ən nadir balıq növlərindən birinin məhv olmaqdan xilas edilməsi istiqamətində birtərəfli qaydada irihəcmli investisiyalar sərf edilir, zəruri infrastruktur yaradılır. Həmin fəaliyyət son bir neçə il ərzində geniş miqyas alıb. Görülən tədbirlər Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına xidmət edir və müsbət nəticələr verir. Pirallahı rayonunda da bu sahədə genişmiqyaslı işlər aparılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonda geniş quruculuq və abadlıq işlərinə start verildi. 2013-cu ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 6 dəfə rayona səfər edib və Pirallahı rayonunun böyük turizm potensialına malik olduğunu bildirib. Ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq, Pirallahı adasının cənub hissəsində “Nərəkənd” yaşayış, istirahət və turizm kompleksinin layihələndirilməsi işləri aparılır. 50 ha ərazidə hal-hazırda şaquli planlaşdırma işləri, 2 km uzunluğunda mərkəzi yolun, 6 km uzunluğunda isə daxili yolların torpaq yatağının tikintisi və bərkidilməsi işləri yerinə yetirilir. 4 km uzunluğunda sahəsi isə 20 ha-a qədər sahil boyu çimərlik sahəsində ərazinin təmizlənməsi işləri aparılır.

Bundan əlavə, dənizkənarı boyu sahilbərkitmə işləri aparılır, dəniz akvatoriyasının metal konstruksiyalardan, yad cisimlərdən, tullantılardan təmizlənməsi və dərinləşdirilməsi işləri yerinə yetirilir. Layihəyə uyğun olaraq, ərazidə mehmanxana, restoran, idman kompleksi, villa, kotec və qalereya tipli yaşayış evləri, çimərlik zonası, su idman növləri üçün infrastrukturun yaradılması, açıq və qapalı tipli su hovuzları, uşaq əyləncə mərkəzi, yaşıllıq zonası, mini parklar və s. nəzərdə tutulmuşdur. Həmçinin, adalara səyahətin və Bakı bulvarına dəniz taksiləri vasitəsilə gəzintilərin təşkili, kanat yolunun quraşdırılması planlaşdırılır.

Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki indi salınan və gələcəkdə salınacaq parklar, çimərliklər, bulvar, yaşıllıqlar və digər istirahət və sosial-məişət təyinatlı obyektlər Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də turizmin inkişafına xidmət edəcəkdir ki, bu da sakinlərin sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, həm də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.




Baxış sayı: 1 056
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031