Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qanlı hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında mərhum diplomatların xatirəsi yad edilib.
Qeyd edək ki, 1973-cü il yanvarın 27-də türkiyəli diplomatları güllələyən erməni terrorçu yerdə can verən diplomatların başına da atəş açıb. Törətdiyi cinayəti etiraf edən terrorçu G.Yanikiyan məhkəmə salonunda bu addımı digər ermənilər üçün örnək olaraq atdığını bildirib. ABŞ məhkəməsi onu siyasi terrorçu kimi mühakimə edərək ömürlük həbs cəzası ilə azadlıqdan məhrum edib.
Cari ilin may ayında mərhum Bahadur Dəmirin həyat yoldaşı, təqaüddə olan səfir Sina Baydur media vasitəsilə təcavüzkar Ermənistanın prezidentinə açıq məktub göndərib. O, məktubda erməni terrorçu G.Yanikiyanın nəşinin Yerevandakı hərbi məzarlıqda dəfn olunmasına etirazını bildirib.
Terrorçu G.Yanikiyanın nəşinin Yerevanda dəfn olunması ilə bağlı qərar bir daha təsdiq edib ki, terrorçuları qəhrəmanlaşdırmaq təcavüzkar Ermənistanın dövlət siyasətidir.
Baxış sayı: 924
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

