FACT-INFO.AZ » SİYASƏT » Politoloq: Prezident İlham Əliyev Azərbaycanda islahatların davam etdiriləcəyinə beynəlxalq inamı daha da möhkəmləndirdi
24-01-2020, 19:45 | SİYASƏT
Politoloq: Prezident İlham Əliyev Azərbaycanda islahatların davam etdiriləcəyinə beynəlxalq inamı daha da möhkəmləndirdi

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda regionumuz üçün təhdid mənbələrinin tam coğrafiyasını təqdim etdi və onun fikirləri dünyanın diqqətini regionumuzda əsas təhlükə mənbəyi kimi erməni təcavüzünə yönəltməkdə təsirli rol oynayacaq. Eyni zamanda, Davos İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında Azərbaycan Prezidentinin bir sıra maraqlı sualları cavablandırması ölkəmizin əldə etdiyi nəticələrin və gələcəyə yönəlik hərtərəfli strategiyasının təqdimatı baxımından çox əhəmiyyətlidir.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib. Politoloq qeyd edib ki, Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazandığı böyük nüfuzun əyani göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib. Dünya bir daha əmin olur ki, Azərbaycan ən narahat regiona yaxın coğrafiyada və hələ davam edən xarici hərbi təcavüz şəraitində hərtərəfli inkişaf edir və dinamik inkişaf templərinə yalnız islahatlar sayəsində nail olunur. Prezident İlham Əliyev ölkəmizdə islahatlar kursunun davam etdiriləcəyinə beynəlxalq inamı daha da möhkəmləndirdi ki, bu da yeni investisiyaların cəlb edilməsi üçün geniş şərait təmin etmək baxımından olduqca önəmlidir. Dövlət başçısı regional sabitlik naminə düşünülmüş siyasətin ölkəmiz üçün prioritet olduğunu bir daha göstərdi və Ermənistanın bütün region üçün təhlükəli təcavüz siyasətini ifşa etməkdə bunun əhəmiyyəti olduqca böyükdür. Prezidentin məzmunlu cavabları Azərbaycanın etibarlı tərəfdaş və sözünə bütöv dost olduğunu nümayiş etdirməklə yanaşı, öz milli maraqlarına nə qədər üstünlük verdiyini sübut etdi. Bu fikirlər digər dövlətləri Azərbaycana daha sayğılı yanaşmalara məsul etməkdə çox təsirlidir.

Politoloq bildirib ki, Azərbaycan yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarlarını Avropa İttifaqının standartlarına daha da yaxınlaşdırır. Bununla da yeni hakimiyyət komandasının əsas vəzifələrinin təqdimatı ilə Prezident İlham Əliyev göstərdi ki, ölkədə kadr islahatlarına tələbkar və sistemli-konseptual yanaşılır və yeni hökumət Azərbaycan xalqı qarşısında daşıdığı məsuliyyətin böyüklüyünü dərk etməlidir.

Z.Məmmədov qeyd edib ki, gəncliyimizin mənəvi-ideoloji potensialının dəqiq çərçivəsini təsvir etmək Prezidentin Davos çıxışının ən unikal əlamətlərindən biridir. Prezident İlham Əliyev gəncliyimizin müstəqillik, suverenlik və özünəgüvən platformasına söykəndiyini bəyan etdi. Dövlət başçısı Avrasiya inkişaf və təhlükəsizlik sistemi üçün Azərbaycanın alternativsiz rol və imkanlara malik olduğunu hər kəsin başa düşdüyü səviyyədə nümayiş etdirdi.




Baxış sayı: 785
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031