FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan Prezidenti Davosda regionumuz üçün bütün təhdid mənbələrinin tam coğrafiyasını təqdim etdi - Aydın Quliyev
24-01-2020, 09:55 | SİYASƏT
Azərbaycan Prezidenti Davosda regionumuz üçün bütün təhdid mənbələrinin tam coğrafiyasını təqdim etdi - Aydın Quliyev

Davos İqtisadi Forumunun "Avrasiyaya strateji baxış" sessiyasında Azərbaycan prezidentinin bir sıra maraqlı sualları cavablandırması ölkəmizin əldə etdiyi nəticələrin və gələcəyə yönəlik hərtərəfli strategiyasının təqdimatı baxımından çox əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, dünya bir daha əmin olur ki, Azərbaycan ən narahat regiona yaxın coğrafiyada və hələ davam edən xarici hərbi təcavüz şəraitində hərtərəfli inkişaf edir və dinamik inkişaf templərinə yalnız islahatlar sayəsində nail olunur: "Prezident İlham Əliyev ölkəmizdə islahatlar kursunun davam etdiriləcəyinə beynəlxalq inamı daha da möhkəmləndirdi ki, bu da yeni investisiyaların cəlb edilməsi üçün geniş şərait təmin etmək baxımından olduqca dəyərlidir.

İctimaiyyətimizin və dünyanın xüsusi maraqla izlədiyi 9 fevral parlament seçkiləri barədə fikir mübadiləsi ayrıca diqqət cəlb edən məsələdir. Prezident İlham Əliyev parlamentin yeni tərkibini ölkədə islahatların mühüm hissəsi adlandırmaqla bir sıra əhəmiyyətli məqamları aktuallaşdırdı. Dövlət başçısı göstərdi ki, xalqın iradəsini əks etdirən yeni parlamentə prinsipial önəm verir. Azərbaycan Prezidenti Davosda yeni parlament mövzusuna toxunmaqla seçicilərimizin həmişəkindən daha iradəli və məsuliyyətli seçim prinsipinə söykənməli olduqları barədə aydın mesaj verdi.

Prezident İlham Əliyev Davosda bizim regionumuz üçün bütün təhdid mənbələrinin tam coğrafiyasını təqdim etdi və onun fikirləri dünyanın diqqətini regionumuzda əsas təhlükə mənbəyi kimi erməni təcavüzünün durdurulmasına yönəltməkdə yeni təsirli rol oynayacaq".

Ekspert bildirib ki, Yaxın Şərqdə artan gərginliyə görə supergüclərin məsuliyyət daşıdığı barədə Azərbaycan Prezidentinin mülahizələri real olaraq sülh üçün bəşəri əhəmiyyət kəsb edən xidmətdir: "Prezident İlham Əliyevin Şərqdəki gərgin vəziyyətlə bağlı supergüclərə çağırışı müstəsna bir cəsarət nümunəsidir və nə vaxtsa öz təsirini göstərəcəyi çox realdır. Prezident İlham Əliyev regional sabitlik naminə düşünülmüş siyasətin Azərbaycan üçün prioritet olduğunu hamıya göstərdi və Ermənistanın bütün region üçün təhlükəli təcavüz siyasətinin antibəşəri mahiyyətini ifşa etməkdə bunun əhəmiyyəti olduqca böyükdür. Prezidentin məzmunlu cavabları Azərbaycanın etibarlı tərəfdaş və sözünə bütöv dost olduğunu nümayiş etdirməklə yanaşı, öz milli maraqlarına nə qədər üstünlük verdiyini sübut etdi. Bu fikirlər digər dövlətləri Azərbaycana daha sayqılı yanaşmalara məsul etməkdə çox təsirlidir".

Baş redaktor əlavə edib ki, yeni hakimiyyət komandasının əsas vəzifələrinin təqdimatı ilə Prezident İlham Əliyev göstərdi ki, ölkədə kadr islahatlarına tələbkar və sistemli-konseptual yanaşılır və yeni hökumət Azərbaycan xalqı qarşısında daşıdığı məsuliyyətin böyüklüyünü dərk etməlidir: "Dövlət başçısı gənclər siyasətinin ölkənin gələcək çağırışları üzərində qətiyyətlə qurulduğunu inandırıcı şəkildə sübut etdi. Gəncliyimizin mənəvi - ideoloji potensialının dəqiq çərçivəsini təsvir etmək Prezidentin Davos çıxışının ən unikal əlamətlərindən biridir. İlham Əliyev gəncliyimizin müstəqillik, süverenlik və özünəgüvən platformasına söykəndiyini bəyan etdi və bununla Azərbaycan gəncliyi üzərində müxtəlif gizli planlar quran bəzi yadelli mərkəzlərə gərəkli şəkildə barmaq silkələdi. Xalqımıza yad qüvvələr gəncliyimizi təsir altına salmağın mümkünsüzlüyünü tək bu fikirlərin əsasında anlaya bilər və anlamalıdırlar. Prezident İlham Əliyev Avrasiya inkişaf və təhlükəsizlik sistemi üçün Azərbaycanın alternativsiz rol və imkanlara malik olduğunu hər kəsin başa düşdüyü səviyyədə nümayiş etdirdi".




Baxış sayı: 999
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031