FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İşğal altındakı tarix-mədəniyyət abidələrimizlə bağlı proqram hazırlanır
14-01-2020, 08:50 | MƏDƏNİYYƏT
İşğal altındakı tarix-mədəniyyət abidələrimizlə bağlı proqram hazırlanır

Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Lakin onlar təkcə insanlara yönələn və xüsusi qəddarlığı ilə seçilən cinayətlərdən başqa, qədim və qiymətli abidələrə qarşı da özünəməxsus “soyqırım” törətmiş, ən yaxşı halda isə onları erməniləşdirmişlər. Bir ölkəni tanımaqdan ötrü öncə onun gərək mədəniyyətinə yaxından bələd olasan. Azərbaycan mədəniyyəti deyiləndə isə ilk öncə insanın yadına onun musiqisi, ədəbiyyatı və milli və mənəvi dəyərlərini əks etdirən tarixi abidələri düşür. Ancaq elə mədəniyyət abidələrimiz var ki, hazırda düşmən tapdağı altındadır. Bəs görəsən işğal olunmuş ərazilərdə milli irsimizi qorumaqdan ötrü hər hansı bir tədbirlər planı həyata keçirilirmi? Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov məlumat verib: “Təəssüflə bildiririk ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri işğal altında qalıb. Həmçinin bu ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-maarif müəssisələri də düşmən tapdağı altındadır. İşğal altında qalan milli mədəniyyət abidələrimizin vəziyyəti olduqca acınacaqlıdır. Onların əksəriyyəti ya dağıdılıb, ya da ermənilər tərəfindən özününküləşdirilməyə məruz qalıb. Bunu “AZƏRKOSMOS” tərəfindən işğal altında qalan torpaqlarımızda, xüsusilə Şuşa və Ağdamda olan tarixi abidələrin peyk görüntülərində də aydın görmək olur”. Fariz Hüseynov bu istiqamətdə tədbirlər planının həyata keçirildiyini də söyləyib: “Hazırda işğal altında olan torpaqlarımızdakı tarix-mədəniyyət abidələrinin yeni siyahısının hazırlanması, dəymiş ziyanın müəyyən olunması, bu istiqamətdə təbliğat və tədqiqat işlərinin genişləndirilməsi məqsədilə “Azərbaycanın işğal altındakı mədəni irs nümunələrinin beynəlxalq hüququn tələblərinə uyğun qorunmasının təşkili, Ermənistan Respublikası tərəfindən abidələrin dağıdılmasının və ya mənimsənilməsinin qarşısının alınması tədbirlərinin gücləndirilməsinə dair proqram hazırlanır. Eyni zamanda, ilkin olaraq Şuşa, Ağdam, Kəlbəcər və Xocavənd rayonlarında yerləşən 15 tarix-memarlıq abidəsinin arxiv materialları əsasında pasportları hazırlanır”.

Onu da qeyd edək ki, Ermənistan xarici siyasətinin çox təhlükəli məqamlardan biri, son zamanlar ermənilər tərəfindən Azərbaycanın milli-mədəni dəyərlərinin mənimsənilməsi prosesinin daha da gücləndirilməsidir. Artıq dünyanın bir çox aparıcı dövlətlərinin sərgi pavilyonlarında Azərbaycan mətbəxinin bir çox nümunələri erməni məhsulları kimi nümayiş etdirilir. Bir çox ölkələrdə isə Azərbaycan xalqına məxsus rəsm əsərləri, bəzək əşyaları, bədii toxuculuq sənəti nümunələri, təsviri sənət nümunələri, mozaikalar, əlyazmalar, vitrajlar (rənglı şüşələrdən düzəldilmiş şəkil və ya naxışlar). Musiqi əsərləri, musiqi alətləri və s. Ermənilərin milli-mədəni dəyərləri kimi təqdim edilir. Bütün bunların vaxtında qarşısı alınmasa getdikcə daha təhlükəli bir prosesə çevriləcəkdir. Erməni vandalizminin geniş vüsət aldığı indiki şəraitdə işğal altındakı ərazilərdə tarixi mədəni irsin tətqiqini zəruri edir. Müasir şəraitdə Qarabağ abidələrinin Azərbaycan mədəniyyətin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq, işğal altındakı abidələrin xüsusiyyətlərinin öyrənilməsinin vacibliyi indi daha çox hiss olunur. Qarabağ abidələrinin bütün Azərbaycan xalqının həyat fəlsəfəsində müsbət keyfiyyət müəyyən edən bədii-obrazların tətqiqinin zəruriliyi də xüsusi qeyd olunmalıdır. Erməni əsirliyində olan milli-mədəni dəyərlərimiz müasir dövrdə Azərbaycanın tarixi mədəni irs potensialının əsasını təşkil etdiyi gənc nəslin diqqətinə çatdırılmalıdır. Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Beynəlxalq təşkilatların təziqləri nəticəsində Ağdam cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olmuşdur. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam cümə məscidinin içərisində ev heyvanları o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər. Onlar qəbristanlıqların mərmər daşlarını söküb formalarını dəyişərək Xankəndi, Hadrut, Əsgəran, Laçın və Martuni qəsəbələrində inşa etdikləri bağ və parklarda bəzək daşları kimi istifadə edirlər. Bunun da nəticəsində yüzlərlə qəbristanlıqlar dağıdılmış və minlərlə qəbirlər tanınmaz hala salınmışdır. Məhz bu səbəblərdən Erməni işğalı altında qalan bu abidələrə dəyən zərərlərin qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır və bu qiymətləndirmədən sonra xalqın mənəviyyatına vurulan zərərlərin həcminin nə dərəcədə böyük olduğunu dərk etmək o qədər də çətin olmayacaqdır. Bunun üçün işğal altındakı tarix və mədəniyyət abidələrinə dəymiş zərərlərin qiymətləndirilməsi metodologiyası hazırlanarsa bu, Azərbaycan praktikasında ilk dəfə həyata keçirilən hadisə olacaqdır. Abidələrə dəymiş zərərlərin qiymətləndirilməsi Beynəlxalq Qiymətləndirmələrə uyğun aparılmalıdır. Təbii ki, işğal faktoru qiymətləndirmə zamanı oradakı abidələrə baxış keçirilməsinə mane olur. Lakin qiymətləndiricilər bu proses zamanı müxtəlif arxivlərdən abidənin daxili və ya xarici interyerində bədii-obraz keyfiyyətinin mürəkkəbliyini müəyyənləşdirmək üçün məlumatlar əldə etməlidirlər. Bu məlumatlar abidənin memarlıq xüsususiyyətləri və tikinti üslubu üzərində təhlillər aparmağa şərait yaradacaq. Bütün bunlardan başqa xarici ölkə arxivləri və digər informasiya mənbələrini araşdırılacaq, eləcədə kosmosdan müşahidələr aparmaqla nəzərdə tutulan dəlilləri əldə etmək mümkün olacaqdır.

Aydındır ki, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərin tam həcmdə ödənilməsi zərurətini yaradır. Belə ki, beynəlxalq hüquqa görə məsuliyyət daşıyan dövlət özünün hüquqazidd əməli ilə digər dövlətə vurmuş olduğu ziyanı tam həcmdə ödəməlidir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, respublikanın bütün ərazilərində abidələrin qeydiyyata alınması, öyrənilməsi, qorunması, bərpa edilməsi, yenidən qurulması, istifadə edilməsi və onlara dəyən zərərlər barədə tədbirlərin görülməsi dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən müstəqil və ya mərkəzləşdirilmiş qaydada təşkil edilir və həyata keçirilir.

Mədəni irs, nəinki daşınmaz tarix və mədəniyyət abidələrini, eyni zamanda tarixə şahidlik edən bütün sənədləri və milli-mənəvi dəyərləri əhatə edən daşınan abidələri də əhatə edir. Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digər xalq və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması yolverilməzdir. Bu, beynəlxalq qanunlar və konvensiyalarda da təsbit olunmuşdur. “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü ildə qəbul edilmiş Haaqa konvensiyası öz üzvləri qarşısında konkret tələblər qoyur. 2012-ci ildə Parisdə keçirilən YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında daha bir sənəd qəbul edilib.

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan respublikamızın ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.




Baxış sayı: 1 066
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir Bu gün, 16:30 Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir Bu gün, 15:00 II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı? Bu gün, 12:30 “Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb Bu gün, 10:00 Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür Bu gün, 09:30 Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük Bu gün, 08:30 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır Bu gün, 08:00 Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu Dünən, 18:30 Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər Dünən, 18:30 Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media Dünən, 16:30 Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb Dünən, 15:30 DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib Dünən, 15:30 Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb Dünən, 15:00 Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz Dünən, 11:30 Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək Dünən, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb Dünən, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Dünən, 09:30 Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınıb - DTX məlumat yaydı 10-08-2026, 21:00 Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib 10-08-2026, 18:30 Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb 10-08-2026, 18:00 UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub 10-08-2026, 16:00 Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur 10-08-2026, 16:00 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 10-08-2026, 15:30 Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır 10-08-2026, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur 10-08-2026, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir 10-08-2026, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir 10-08-2026, 08:00 Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir 9-08-2026, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu 9-08-2026, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb 9-08-2026, 07:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31