BMT-nin Baş katibi Antonio Quterreş üzv ölkələri təşkilatın nizamnaməsinə daha ciddi əməl etməyə çağırıb.
Fact-info.az RİA “Novosti”yə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasının bu məsələyə həsr olunmuş iclasında Baş katib geosiyasi gərginliyin Fars körfəzində təhlükəli həddə çatdığını qeyd edib.
Hazırda gərginliyin təkcə hərbi sahədə yox, həm də iqtisadiyyatda və kiber məkanda da artdığını diqqətə çatdıran təşkilat rəhbəri dünya böyu ixtilaf və qarışıqlıqların baş alıb getdiyi bir vaxtda məhz nizamnamənin beynəlxalq əməkdaşlığın təməli olaraq qaldığını vurğulayıb: “Nifrət və cəzasızlığın tüğyan etdiyi hazırkı dövrdə qanunun aliliyini, insan ləyaqətinin hər şeydən üstün olduğunu bizə nizamnamə xatırladır. Nizamnamənin məramları və dəyərləri sürətli dəyişikliklər və texnoloji inkişaf dövründə də əhəmiyyətini itirmir”
Baxış sayı: 856
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

