FACT-INFO.AZ » SİYASƏT » XİN: Ermənistan törətdiyi bütün qanunazidd əməllərin cavabsız qalmayacağını dərk etməlidir
8-01-2020, 18:00 | SİYASƏT
XİN: Ermənistan törətdiyi bütün qanunazidd əməllərin cavabsız qalmayacağını dərk etməlidir

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanvarın 7-də Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində açılan snayper atəşi nəticəsində sərhədçimiz Fərzalı Fərzəliyevin qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozmasının, azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə almasının bu ölkənin sözdə beynəlxalq hüquq dəyərlərinə hörmətlə yanaşıb, münaqişəni sülh yolu ilə həll etmək çağırışlarının saxta olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasətini pərdələmək məqsədi güddüyünü növbəti dəfə açıq şəkildə göstərdiyi bildirilir. Vurğulanır ki, bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.

“Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir. Azərbaycan ərazilərini hərbi işğal edib, bu ərazilərdə etnik təmizləmə həyata keçirən, beynəlxalq hüququn fundamental prinsiplərini tapdalayan və mütəmadi əsasda atəşkəsi pozmaqla Azərbaycan hərbi və mülki şəxslərini hədəf alan Ermənistan tərəfi törətdiyi bütün cinayətlərin məsuliyyətini və bu qanunazidd əməllərinin cavabsız qalmayacağını dərk etməlidir”, - deyə açıqlamada bildirilir.




Baxış sayı: 920
Zirədə Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Bu gün, 20:00 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı Bu gün, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb Bu gün, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova Bu gün, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib Bu gün, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT Dünən, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır Dünən, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib Dünən, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb Dünən, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi Dünən, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb Dünən, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir Dünən, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub Dünən, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib Dünən, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər Dünən, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb 2-09-2026, 08:30 Şamaxıda zəlzələ baş verib 2-09-2026, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 1-09-2026, 19:00 Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir 1-09-2026, 18:30 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib 1-09-2026, 18:00 Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək 1-09-2026, 17:30 Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb 1-09-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930