Respublikanın xalq artisti,rejissor, prezident təqaüdçüsü Ağakişi Kazımov insult keçirib.Bu barədə Analoq.az-a respublikanın əməkdar artisti Mehriban Abdullayeva məlumat verib.
Mehriban xanım bildirib ki, son günlər Ağakişi müəllim özünü yaxşı hiss etmirdi. 2019-cu il noyabr ayının 28-də həyətdə gəzərkən qəflətən yıxılıb. Demək olar, o gündən sonra vəziyyəti pisləşib.
Dekabr ayının 13-də təcili tibbi yardımın ilkin müayinəsindən sonra Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən rejissor dekabr ayının 30-da evə buraxılıb.
Qeyd edək ki,yanvar ayının 1-də xalq artistinin vəziyyəti yenidən pisləşəndə Binəqədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Bu gün də orada müalicə alan Ağakişi müəllimin vəziyyəti bir o qədər də yaxşı deyil.
Rejissorun həyat yoldaşı Mehriban xanım saytımız vasitəsi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevdən və Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban Əliyevadan Ağakişi müəllimin müalicəsinə yardım etmələrini xahiş edir.
Baxış sayı: 979
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

