Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Türk Dünyası Musiqi Qrupu Ankarada möhtəşəm konsert proqramı ilə çıxış edib. “Türk dünyasından ustadlar keçdi” devizi ilə təşkil olunan konsertdə Azərbaycanı “Qarabağ” muğam qrupu təmsil edib.
Azərbaycanın Xalq artisti Mənsum İbrahimov rəngarəng repertuarı və ecazkar səsi ilə səhnəni fəth edib. Xanəndəni Azərbaycanın Əməkdar artistləri Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.
Tamaşaçılar “Qarabağ” muğam qrupunun ifasını alqışlarla qarşılayıblar.
Konsertə Türkiyədə yaşayan azərbaycanlı musiqiçi Abdullah Qurban dirijorluq edib.
Solistlərin ifasında səslənən “Almaz”, “Hay-hay”, “Mən aşiq”, “Ay Laçın”, “Aman ovçu”, “Ey nur” və s. məşhur mahnılar iştirakçıların zövqünü oxşayıb.
Baxış sayı: 1 035
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

