FACT-INFO.AZ » SİYASƏT » Leyla Abdullayeva: Ermənistan rəhbərliyi uydurma və heç də inandırıcı olmayan açıqlamalar verməklə məşğuldur
26-12-2019, 08:00 | SİYASƏT
Leyla Abdullayeva: Ermənistan rəhbərliyi uydurma və heç də inandırıcı olmayan açıqlamalar verməklə məşğuldur

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin Naxçıvanda ermənilərə qarşı uydurma qırğınlarla bağlı bəyanatına münasibət bildirib.

Leyla Abdullayevanın bununla əlaqədar açıqlamasında deyilir: “Təəssüflə qeyd etmək istərdim ki, Ermənistanın hazırkı rəhbərliyi öz sələflərinin təcrübəsini davam etdirərək uydurma və heç də inandırıcı olmayan açıqlamaların verilməsi ilə məşğuldur. Həqiqətdə isə tarixi faktlar onu göstərir ki, məhz erməni silahlı dəstələri hələ 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Qarabağda, həmin ilin iyun-oktyabr aylarında isə Zəngəzur və Naxçıvan qəzalarında dinc əhalinin kütləvi qırğınlarını həyata keçirməyə başlayıb. Rəsmi Yerevan bunu çox yaxşı bilir. Hətta Ermənistan tərəfi on minlərlə dinc azərbaycanlı sakinin məhz etnik və dini mənsubiyyətinə görə ermənilər tərəfindən qətlə yetirildiyini unutmaq istəsə belə, buna nə tarix, nə də arxivlərdə saxlanılmış sənədlər imkan verməyəcək. Ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın və soyqırımı siyasəti ilə tanış olmaq üçün Stepan Şaumyanın memuarları və 1926-ci ildə dərc edilmiş Böyük Sovet Ensiklopediyası ilə tanış olmaq kifayətdir.

Bundan əlavə, əgər Ermənistan Xarici İşlər Nazirliyi öz bəyanatlarında ardıcıl olmaq istəyirsə, o zaman Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı böyük qəddarlıqla törədilmiş kütləvi qırğın barədə susmamalıdır. 613 mülki şəxsin, o cümlədən 63 uşaq və 106 qadının qətlə yetirildiyi bu insanlıq əleyhinə cinayət bir əsr deyil, cəmi 27 il bundan öncə törədilib. Ermənistanın keçmiş prezidenti xarici jurnalistlər qarşısında bu cinayətlə bağlı etirafla çıxış etməyə belə çəkinməyərək deyib: “Xocalıdan əvvəl azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq. Bax, bu baş verdi”.

Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin əhalini sülhə hazırlamaq çağırışı fövqündə Ermənistan XİN-in bu ritorikası qəribə səsləndiyi qədər zərərlidir. Münaqişənin həlli nöqteyi-nəzərindən emosional fonu gərginləşdirən bu kimi bəyanatlar vermək əvəzinə, Ermənistan XİN “yazıq erməni” obrazını bir kənara qoyub, Azərbaycanın ərazilərinə qarşı əsassız iddialardan əl çəkməli, Azərbaycan ərazilərinin işğalına son qoymalı, münaqişənin həll olunması və iki xalqın sülh, sabitlik, təhlükəsizlik və tərəqqi şəraitində yaşaması üçün konkret addımlar atmaq barədə düşünməlidir”.




Baxış sayı: 917
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031