Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi geniş müsahibə Türkiyənin aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, “TRT HABER”, “CNN TÜRK”, “TRT AVAZ” televiziya kanalları, “Milliyet”, “Hürriyet” və digər qəzetlər dövlətimizin başçısının müsahibəsindəki ayrı-ayrı məqamları türkdilli oxuculara çatdırıblar. O cümlədən qardaş Türkiyənin haqq işlərinə dair müdafiə xarakterli fikirlərdən sərlövhə kimi istifadə olunub.
Məlumatlarda Azərbaycanın Türkiyə ilə birlikdə həyata keçirdiyi iqtisadi layihələrin əhəmiyyəti və s. mühüm məqamlara geniş yer verilib. Diqqətə çatdırılır ki, bəzi ölkələr Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsini əngəlləmək istəsələr də Azərbaycan böyük uzaqgörənliklə Türkiyə və Gürcüstanla anlaşaraq bu layihənin gerçəkləşməsini təmin edib.
Baxış sayı: 948
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

