“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu (DTMQİ) İSESCO-nun İslam İrsi Siyahısına daxil edilib.
"İçərişəhər" DTMQİ mətbuat xidmətinin APA-ya verilən məlumata görə, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi də qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə olunub.
Bu qərar Mərakeş Krallığının paytaxtı ər-Rabatda İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasında verilib.
Bundan başqa, Azərbaycanın daha iki tarixi məkanı – Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri də siyahıya əlavə olunan məkanlar sırasındadır.
Ümumilikdə, 117 tarix və mədəniyyət obyekti İslam Dünyası İrs Siyahısına daxil edilib.
Qeyd edək ki, İSESCO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması, qorunması sahəsində fəaliyyətin gücləndirilməsi prioritet elan edilib.
Baxış sayı: 965
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

