FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan Xalqına, Dövlətinə, Prezidentinə ləyaqətlə xidmət edən Mahirə Əsədova
18-12-2019, 10:30 | XƏBƏR
Azərbaycan Xalqına, Dövlətinə, Prezidentinə ləyaqətlə xidmət edən Mahirə Əsədova

İstəkli oxucular! Dünya Azərbaycanlılarının Həmirəylik günü və yeni il ərəfəsində “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədovanın zəngin və çoxşaxəli fəaliyyətinə nəzər salmağımız təsadüfü deyildir. Mahirə Əsədovanın vətənpərvər Azərbaycan qadını kimi gördüyü işləri, xeyrxahlıq fəaliyyətini cəmiyyətimizə təqdim etməyi,işıqlandırmağı özümüzə borc bildik.

M.Əsədova illərdir ki, Heydər Əliyev ideyaları silahlanaraq öz əməli fəaliyyətində Ulu Öndərin anım günləri bağlı tədbirlər keçirir,Prezident İlham Əliyevin ictimai-siyasi kursunu dəstəkləyən əməli işləri ilə seçilir. Ölkəmizdə və dünyada özünün xeyirxahlıq işlərini uğurla reallaşdıran "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova çoxşaxəli fəaliyyəti ilə sadə insanların,ziyalıların,şəhid ailələrinin sevgisini,rəğibətini qazanıb.O, əhalinin həsas təbqəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq Ağdam rayonunda öz şəxsi vəsaiti ilə inşa etdirdiyi şəhidlərin adını daşıyan subartizanlar rayon rəhbərliyi və ictimayyəti tərəfindən yüksək qiymətləndirilərək rayonun fəxri vətəndaşı adına layiq görülüb. M.Əsədova hal-hazırda növbəti sayca 5-ci Subartezian quyunun inşasını davam etdirir. Mahirə xanım Yeganə QHT rəhbəridir ki,heç bir qrant təşkilatından maliyə almadan öz şəxsi vəsaiti ilə xalqına xidmət göstərməyi özünə ən ali borc hesab edir.O, əsgər və zabitlərlə görüşdükdə qürurlanır. Bir ana kimi hərbiçilərə diqqət və qayğı ilə yanaşır. Ən Böyük arzularından biri də Qarabağın işğaldan azad olunmasıdır. QARABAĞDA ictimai əhəmiyyətli xeyrxahlıq missiyasını davam etirməkdir.

Qarabağdan söz düşəndə qəlbi qubarlanır,gözləri yaşarır,yol çəkir,sevinclə,kədər bir-birinə qarışaraq ana harayı qoparır sanki Mahirə xanımın saf qəlbində,daxili dünyasında, QARABAĞ HƏSRƏTİ, VƏTƏN SEVGİSİ VULKAN OLUB PÜSKÜRÜR...

Hörmətli oxucular! gəlin birlikdə nəcib və ictimai fəal Azərbaycan qadını, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədiri Mahirə Əsədovanın fəaliyyətini birlikdə izləyək.

“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi 2005-ci il avqustun 12-də yaradılıb. Məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini mövcud qanunvericilik çərçivəsində qorumaqdan ibarətdir. mahirə Əsədova 2014-cü yanvar ayının 25-də “Yeni yurd” Sosial İnkişaf ictimai birliyinə sədr seçilib. Bu vəzifəyə seçilənədək “Azərbaycan qadıını” layihəsinin rəhbəri olub.

Bu layihə çərivəsində Ulu Öndər H.Əliyevin həyata keçirdiyi qadın siyasətinə həsr edilən “Azərbaycan qadını” adlı kitab nəşr olunub və təqdim edilib.

2011-ci ildə “Azərbaycan qadını” layihəsinin uğur qazanması ilə əlaqədar “Həftə içi” qəzeti redaksiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə “Best of the Best” (Yaxşıların yaxşısı) mükafatına layiq görülüb.

2011-ci ilin mart ayında Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Mübariz İbrahimovun xatirəsinə həsr edilən teatr tamaşasının səhnələşdirilməsi prosesini maliyyələşdirib.

2012-ci ilin yanvarında ideyası “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinə məxsus “Biz, Şərqdənik!” adlı qısametrajlı film mənim rəhbərliyim altında istehsal olunub və onun təqdimat mərasimi keçirilib. Filmdə görkəmli şərqşünas alim, Professor Aida İmanquliyevanın fəaliyyəti və ömür yolu geniş işıqlandırılıb.

Mahirə xanımın maliyyə dəstəyi ilə “Azərbaycan qadını” layihəsinə mahnı yazılıb və həmin mahnıya klip çəkilib.

2013-cü ildə Ulu Öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Türkiyədə anma mərasimi təşkil edib. Anma mərasimində onunla yanaşı Türkiyə Cümhuriyyəti Başkent Barışıq Kardeşlik Platformasının Baş Katibi Dr. Mustafa Kurt, yazar Zülfü Canpolat, iş adamı Ramazan Toprak, aparıcı Zeynep Köşkər, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin üzvləri iştirak edirdilər.

2013-cü il mayın 5-də Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıdakı “Alov qüllələri” Kompleksinin “Fairmont Baku” zalında ədəbi-bədii gecə keçirib. Tədbirə qardaş ölkə olan Türkiyənin fəal ictimai xadimləri, habelə, sabiq Millət vəkilləri dəvət olunmuşdur. Qonaqlar və tədbir iştirakçıları eyni zamanda Quba Soyqırım Memorial Kompleksini, Şamaxı rayonu ərazisindəki Tənha Türk əsgərinin məzarını ziyarət ediblər.M.Əsədova qonaqlarla birgə və Respublika Müdafiə Nazirliyinin razılığına əsasən Ağdam bölgəsində yerləşən “N” saylı hərbi hissəyə baş çəkiblər. Şəxsi heyətin qarşısında maraqlı bədii proqramla çıxış ediblər. Bundan başqa, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin maliyyə dəstəyilə Ulu Öndər H.Əliyevin mənalı ömür yolundan bəhs edən “Mən, azərbaycanlıyam” və “Zərifliyin keşiyində-Böyük dayaq” sənədli filmləri istehsal olunub. Yüksək səviyyədə onların təqdimatları keçirilib.

Mahirə əsədovanın maliyyə dəstəyi ilə Türkiyənin Marmara Universitetində Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin mənalı ömür yolu haqqında kitab yazılıb və nəşr olunub. Hazırda həmin kitab bu ali təhsil ocağında dərslik kimi istifadə olunur.

M.Əsədovanın rəhbərliyi altında Azərbaycan və Türkiyə dövlətləri arasından dostluq əlaqələrindən bəhs edən “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” sənədli filmi istehsal olunub. Həmin filmin təqdimatı Bakıda, habelə, Türkiyənin müxtəlif şəhərlərində və Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib.

2017-ci ildə mahirə xanımın təşəbbüsü və təşkilatçılığı ilə tarixçi alim N.Tapdıqoğlunun qələmə aldığı və torpaqlarımızın taleyindən bəhs edən “Faciələrimizin təqvim izləri” adlı 1024 səhifəlik ensiklopedik kitab nəşr edilib, həmin kitabın təqdimat mərasimini təşkil edib.

Onun rəhbərlik etdiyi təşkilatın fəallarının köməyi ilə 2017-ci ilin fevral ayının 23-də Türkiyənin Bolu şəhərində, Ankara – İstanbul yolunun üstündə “Xarı bülbül” abidəsi istifadəyə verildib. Açılış mərasimində Türkiyənin hakim daiərsinin məsul şəxsləri iştirak ediblər.

Hər il öz daxili imkanları hesabına Türkiyənin müxtəlif şəhərlərində soyqırım qurbanlarının xatirəsinə həsr olunan tədbirləri təşkil edir və ya təşkil olunan tədbirlərdə iştirak edir.

Onu da qeyd edək ki,“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəalları dövlətin maliyyə dəstəyi olmadan və mütəmadi olaraq cəbhə bölgələrinə səfər edir, Silahlı Qüvvələrin şəxsi heyəti qarşısında maraqlı tədbirlər keçirirlər.

2014-cü ilin iyun ayının 15-də - Milli Qurtuluş günü Ağdam rayonunun Əhmədağalı kəndində mahirə əsədovanın ideyası əsasında “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin maliyyə dəstəyilə Subartezian quyu və bulaq istifadəyə verilib. Mərasimdə rayon rəhbərliyi, ziyalılar, Qeyri-Hökumət təşkilatlarınının fəalları iştirak ediblər. Həmin bulağa şəhid Şəmsəddin İsgəndərovun adı verilib. Növbəti Bulaq və Subartezian quyu M.Əsədovanın maliyyə dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində qazılıb. Həmin bulağa Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Şirin Mirzəyevin adı verilib. Bundan başqa, onun rəhbərliyi altında Ağdamda daha 2 Bulaq və Subartezian quyu qazılıb və istifadəyə verilib.

Mahirə xanım Əsədovanın rəhbərliyi altında keçirilən bütün tədbirlər Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, cənab Prezident İlham Əliyevin apardığı daxili siyasətə dəstək məqsədilə görülüb. O, sahibkar xanım olaraq, bundan sonra da Respublikamızın ərazi bütövlüyünün bərpası və ölkədə mövcud olan ictimai-siyasi sabitliyin qorunması üçün əzmlə çalışacağını qürur hissi ilə deyir.

Dəyərli izləyicilər onu da bildirək ki, 2019-cu il dekabr ayının 24-də Ağdam rayonunda “Yeni Yurd” ictimai birliyinin təşkilati və maliyyə dəstəyi ilə inşa edilən 5-ci Subartezian quyu, həmçinin Bulağın açılış mərasimi keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü ilə əlaqədar keçiriləcək mərasimi rayon əhalisi böyük səbirsizliklə gözləyir. Böyük məmnuniyyətlə cənab Prezident İlham Əliyevi və xanımı Birinci vitse-prezident,Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı həmin mərasimə dəvət edirlər.

Fact-info.az




Baxış sayı: 1 935
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031