FACT-INFO.AZ » SİYASƏT » "Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyini həzm edə bilmir"
17-12-2019, 08:15 | SİYASƏT
"Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyini həzm edə bilmir"

“Son günlər Ermənistan hakimiyyətinin nümayəndələri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların guya heç vaxt yaşamadığı və bölgədə iki icmanın mövcud olmadığı haqqında əsası olmayan fikirlər səsləndirirlər. Azərbaycanın torpaqlarını işğal edən, Xocalı soyqırımını törədən, işğal altındakı ərazilərdə xalqımıza məxsus mədəni, dini, tarixi abidələri məhv edən Ermənistanın ayrı-seçkilik (aparteid) siyasəti aparması, bu ölkənin illərdi həyata keçirdiyi ideologiyanın təzahürüdür”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin cari il ərzində regiona iki səfəri reallaşıb və Dağlıq Qarabağın azərbaycanlı icması ilə həmsədrlər arasında görüşlər keçirilib: “Keçirilən görüşlərdən sonra həmsədrlərin bəyanatlarında Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə bərabərhüquqlu maraqlı tərəf kimi bir daha qeyd edilib. Bu isə yeni fikir deyil və 1992-ci ildən mövcud olan faktın bir daha Ermənistana xatırladılmasıdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana son səfəri zamanı icmalararası dialoqu dəstəklədiyini qeyd edib. Məhz bu gedişatlardan sonra Ermənistan tərəfinin “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın mövqeyini həzm edə bilmədiyi özünü büruzə verməkdədir. Ermənistan Dağlıq Qarabağın azərbaycanlı icmasının mövcudluğunu belə inkar edir.

Birinci, artıq yuxarıda istinad edildiyi kimi, 24 mart 1992-ci il tarixində ATƏT-in Helsinki Nazirlər Şurasının sənədində əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki, yəni erməni və azərbaycanlı icmalarını nəzərdə tutur və onlar maraqlı tərəflər qismində qeyd olunur. Bu sənəddə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir.

İkinci, 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qanunsuz qərar qəbul etdikdən sonra, 10 yanvar 1990-cı il tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin “qərarlarının” SSRİ Konstitusiyasına uyğun olmamasını qeyd edərək, Ermənistanın Dağlıq Qarabağa yönəlik qanunsuz ərazi iddialarına son qoyur.

Üçüncü, BMT, digər beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Ermənistan tərəfinə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarını və müvafiq sənədləri öyrənməyi tövsiyə edirəm”.

T. Gəncəliyev qeyd edib ki, Ermənistan hakimiyyəti əgər Azərbaycana qarşı işğal siyasətinə son qoyarsa, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərindən qovulmuş yüz minlərlə azərbaycanlının mövcudluğunu inkar etməzsə, iki icmanın bərabərhüquqlu icma olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşamasına mane olmazsa, münaqişənin həlli mümkün ola bilər.




Baxış sayı: 1 003
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031