FACT-INFO.AZ » SİYASƏT » “A Haber”: Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər
16-12-2019, 08:40 | SİYASƏT
“A Haber”: Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər

Erməni silahlıları Anadolunun şərqində ağılasığmaz vəhşiliklər törədiblər.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu “A Haber” televiziya kanalında hazırlanan sənədli filmdə bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qonağı olduğu canlı yayında dövlət başçısı əvvəlcə jurnalistlərlə birlikdə 1915-ci il hadisələrini əks etdirən xüsusi verilişi izləyib. Sənədli film xarakteri daşıyan verilişdə saxta “erməni soyqırımı” mövzusu ilə məşğul olan araşdırmaçı alimlər və şahidlər erməni silahlı birləşmələrinin ötən əsrin ilk illərindən Türkiyə Respublikası qurulanadək Anadolu bölgəsində türk-müsəlman əhaliyə qarşı törətdikləri cinayətlərdən bəhs ediblər. Ermənilərin soyqırımına məruz qoyduğu türklərin uyuduğu kütləvi məzarlıqlardan görüntülər əks olunub. Şahidlər və alimlər baş verən hadisələrlə bağlı tükürpərdici faktlar sadalayıblar. Erməni silahlıları qoca, qadın və uşaqları amansız işgəncələrə məruz qoyublar. Türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımıları əks etdirən kütləvi məzarlıqlardan yüzlərlə cəsəd çıxarılıb.

Gündəlikdə olan məsələlər ətrafında sualları cavablandıran Prezident Rəcəb Tayyib Ərdoğan Suriya böhranının həlli, Aralıq dənizindəki vəziyyət, terrorçuluqla mübarizə və sair mövzularla bağlı Türkiyənin qətiyyətli mövqeyini tamaşaçılarla bölüşüb. Saxta “erməni soyqırımı” mövzusu ilə bağlı fikir və mülahizələrini bölüşən dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə tərəfi 1915-ci il hadisələri ilə bağlı arxivlərini açıb. Ortada hadisələrin gerçək durumunu əks etdirən bir milyondan çox sənəd var. Gerçək soyqırımı kimin törətdiyini bilmək istəyən varsa gəlib tanış olsunlar. Bu mövzunu araşdırmaq tarixçilərin işidir. Türkiyə digər ölkələrin də arxivləri açmasını istəyir və birgə tədqiqat üçün ortaq tədqiqat komissiyası yaradılmasını təklif edir. ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi heç bir həqiqəti əks etdirmir, bu sənədin hüquqi əsası yoxdur və onun qəbul edilməsi siyasi xarakter daşıyır.




Baxış sayı: 996
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031