FACT-INFO.AZ » SİYASƏT » Fərid Şəfiyev: Azərbaycan milli maraqlara əsaslanan siyasətini davam etdirir
11-12-2019, 18:40 | SİYASƏT
Fərid Şəfiyev: Azərbaycan milli maraqlara əsaslanan siyasətini davam etdirir

Dekabrın 11-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev dekabrın 3-6-da Azərbaycan nümayəndə heyətinin Brüssel şəhərinə səfəri ilə bağlı mətbuat konfransı keçiriblər.

Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Avropa İttifaqının (Aİ) rəsmiləri, müstəqil beyin mərkəzlərinin, vətəndaş cəmiyyəti institutlarının, mətbu orqanlarının üzvləri və Avropadakı Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşlər keçirib.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, mətbuat konfransında Fərid Şəfiyev Brüssel səfərinin nəticələrini müsbət qiymətləndirib. Bildirib ki, səfərin əsas məqsədi ölkəmizin rəsmi mövqeyini Avropa İttifaqına üzv dövlətlərə çatdırmaq, Aİ ilə münasibətləri inkişaf etdirmək və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə tanıtmaq, bununla bağlı təbliğat işini gücləndirmək olub.

“Biz nüfuzlu beyin mərkəzi olan Avropa Siyasət Mərkəzində (EPC) Aİ–Azərbaycan münasibətləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa keçirdik, Avropa Siyasi Araşdırmalar Mərkəzində (CEPS) olduq. Mərkəzdə BMTM ilə CEPS arasında əməkdaşlıq imkanları müzakirə olundu və Azərbaycanın xarici siyasəti, Ermənistan–Azərbaycan münaqişəsi, eləcə də Aİ ilə ölkəmiz arasında münasibətlərə dair müzakirələr aparıldı”, - deyə F. Şəfiyev bildirib.

Səfər çərçivəsində Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 11-ci Assembleyasında iştirak etdiyini diqqətə çatdıran BMTM-nin sədri deyib: “Azərbaycan milli maraqlara əsaslanan siyasətini davam etdirir. Bunu ölkədə aparılan son islahatlar da sübut edir. Avropa İttifaqı bu islahatları müsbət qarşılayır”.

F. Şəfiyev rəhbərlik etdiyi qurumun bu il ərzində fəaliyyətinin məhsuldar və səmərəli olduğunu deyib. Bildirib ki, mərkəzin nümayəndələri ötən müddət ərzində bir çox ölkələrdə olub, beynəlxalq görüşlər keçiriblər, mərkəzin “aircenter.az” saytı iki (Azərbaycan və rus) dildə istifadəyə verilib. Bundan başqa, yeni layihə əsasında mərkəzdə erməni dili kurslarına start veriləcək.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev səfər zamanı Avropanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun gənc nümayəndələri ilə görüşlərində onları ölkəmizin milli maraqlarını müdafiə etməyə və torpaqlarımızın 20 faizinin işğal altında saxlanılmasına qarşı haqq səslərini ucaltmağa çağırdıqlarını deyib.

O bildirib: “İcmamız etnik təmizləməyə məruz qalmış azərbaycanlıların haqq səsini dünyaya çatdırmağa çalışır. Son vaxtlar icmanın fəaliyyəti daha da intensivləşib. Beynəlxalq səfərlər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərin xüsusi əhəmiyyəti var. Dağlıq Qarabağın azərbaycanlı icması sülh naminə danışıqlar masasına oturmağa, qonşularla dinc və yanaşı yaşamağa hər zaman hazırdır”.




Baxış sayı: 1 103
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031