FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İtaliyada “Nəsimi günləri” keçirilib
11-12-2019, 10:35 | MƏDƏNİYYƏT
İtaliyada “Nəsimi günləri” keçirilib

İtaliyada keçirilən “Nəsimi günləri” çərçivəsində dekabrın 10-da Roma Sapienza Universitetində dahi mütəfəkkir Nəsiminin 650 illiyi qeyd olunub və italyan dilinə tərcümə edilmiş “Nəsimi poeziyası” kitabının təqdimat mərasimi keçirilib.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın İtaliyadakı səfirliyi, Beynəlxalq Roma Sapienza Universiteti və İtaliyanın “Sandro Teti” nəşriyyat evinin birgə təşkil etdiyi tədbirdə universitetin professor və müəllim heyəti, alimlər, azərbaycanlı və italyan tələbələr, diaspor nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Roma Unitelma Sapienza Universitetinin rektoru, Sapienza Fondunun rəhbəri Antonello Biacini ilə görüşündə Fond ilə İtaliyanın ali təhsil ocaqları arasında əməkdaşlıq imkanlarını müzakirə edib. G.Əfəndiyeva rəhbərlik etdiyi təşkilat haqqında ətraflı məlumat verərək, gələcəkdə universitetdə Türk Dünyası Mərkəzinin yaradılmasını təklif edib. Daha sonra tərəflər arasında birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə də iştirak edib.

Tədbiri açan universitetin professoru Daniel Pommier Vinçelli Azərbaycan mədəniyyətinin İtaliyada təbliği istiqamətində Roma Sapienza Universitetinin fəaliyyətinin, bu xüsusda keçirilən bugünkü tədbirin əhəmiyyətindən danışıb. O, tədbir təşkilatçılarına təşəkkür edərək, bu cür tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

Universitetin professorları Fabio Qrassi və Karlo Çereti Nəsiminin həyat və yaradıcılığından bəhs edərək, onun ədəbi irsinin dünya səviyyəsində araşdırılmasının vacibliyini vurğulayıblar.

G.Əfəndiyeva “Nəsimi ili” ilə bağlı bu il ərzində Azərbaycanda görülən işlər barədə məlumat verərək bildirib ki, bir neçə gün əvvəl ölkəmizdə Prezident İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın da iştirakı ilə ağacəkmə kampaniyası həyata keçirilib. Fondun prezidenti qurumun əsas məqsədinin Türk dünyasının mədəniyyəti və irsinin qorunması, öyrənilməsi, eləcə də beynəlxalq səviyyədə tanıdılmasından ibarət olduğunu bildirib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə dünya poeziyasının kamil nümunələri sırasında xüsusi yer tutan dahi mütəfəkkir Nəsimi yaradıcılığına həsr olunmuş bu təqdimatın təşkilinə görə Roma Sapienza Universitetin rəhbərliyinə təşəkkürünü bildirib, bu kimi tədbirlərin keçirilməsinin Azərbaycanla İtaliya arasında humanitar və akademik sahələrdə münasibətlərin genişləndirilməsinə xidmət göstərdiyini vurğulayıb. O, təhsil sahəsində iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini də qeyd edib.

“Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti çıxışında Azərbaycan mədəniyyətini, ədəbi irsini təşviq edən nəşrlərdən söz açaraq, Fond ilə əməkdaşlığı yüksək qiymətləndirib. O eyni zamanda Azərbaycanın İtaliyadakı səfirliyinin bu istiqamətdə gördüyü işləri təqdirəlayiq hesab edib.

Nəsiminin əsərlərinin italyan dilinə tərcüməçisi Marilena Rea kitab üzərində çalışdığı zaman yaşadığı dərin duyğuları dilə gətirib.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış Nəsiminin həyat və yaradıcılığı haqqında “Əbədi eşq günəşi” adlı sənədli film nümayiş olunub. Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Mehriban Zəkinin, eləcə də italyan tələbələrin ifasında Nəsiminin qəzəl və rübailəri səslənib.

Qeyd edək ki, İtaliyada Neapol şəhərindən başlayan “Nəsimi günləri”nin sonuncu tədbiri Venesiya şəhərində davam etdiriləcək.




Baxış sayı: 1 067
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031