“Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in potensialı böyükdür, lakin təbii ki, siyasi liderlər tərəfindən iradə nümayiş etdirilməlidir”.
Bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli APA-nın Gürcüstan bürosunun sualını cavablandırarkən deyib.
O bildirib ki, münaqişənin həllinə yönəlmiş müzakirələr və siyasi liderlər arasında baş tutan görüşlər böyük önəmə malikdir və hər şeydən öncə Cənubi Qafqaz xalqlarının marağına cavab verir.
“ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan XİN başçısı ilə hazırkı hadisələri - qarşıdan gələn növbədənkənar seçkiləri, ATƏT-də Azərbaycanın iştirakını, islahatlar prosesini müzakirə etdik. Azərbaycan və Ermənistanın siyasi liderlərinin, həmçinin XİN başçılarının görüşü məsələsinə gəldikdə isə mən düşünürəm ki, bu görüşlər hər zaman xoş qarşılanmalıdır. Çünki münaqişənin həlli üçün daha çox qarşılıqlı başadüşmə olmalıdır, bu, münaqişənin sülh yolu ilə həlli üçün vasitədir. Düşünürəm ki, onillər öncə meydana çıxan və bütün Avropa üçün ağrılı olan bu münaqişə həll edilməlidir. Hər şeydən öncə Cənubi Qafqaz xalqları, Azərbaycan və Ermənistanın münaqişənin həllində maraqlıdırlar. Bu görüşlərin dəyəri var və tamamilə əminəm ki, bu kontekst çox vacibdir”, - deyə ATƏT PA-nın prezidenti qeyd edib
Baxış sayı: 931
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

