FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Əbədi ezamiyyət” filmi Argentinada nümayiş olunub
9-12-2019, 11:15 | MƏDƏNİYYƏT
“Əbədi ezamiyyət” filmi Argentinada nümayiş olunub

Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi çərçivəsində Argentinanın Buenos-Ayres şəhərində yerləşən Milli Kitabxanada “Əbədi ezamiyyət” sənədli filminin ispan dilində subtitrlərlə nümayişi olub.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təşkil olunan tədbirdə Argentina Xarici İşlər və Etiqad Nazirliyinin, digər dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri, Buenos-Ayresdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Konqresin üzvləri ilə yanaşı, bu ölkədə fəaliyyət göstərən yəhudi, müsəlman təşkilatlarının, eləcə də KİV-lərin nümayəndələri iştirak ediblər.

Ölkəmizin Argentinadakı səfiri Rəşad Aslanov tədbiri açaraq 2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilən ekran əsərinin Paris Sülh Konfransına ezam olunmuş Azərbaycan nümayəndə heyəti üzvlərinin milli dövlətçilik ideyaları uğrunda apardıqları mübarizədən, onların keşməkeşli taleyindən və qürbətdə bitən ömür yolundan bəhs etdiyini bildirib. Həmçinin filmin xalqımızın müstəqillik tarixinin nisbətən qaranlıq qalan daha bir səhifəsinə işıq saldığını, yaradıcı heyət tərəfindən filmin hazırlanması üçün il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıldığını, bu şəhərlərdə video və fotoçəkilişlər edildiyini, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüş və söhbətlərin lentə alındığını vurğulayıb.

Rəşad Aslanov Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin şərəfli və dövlətçilik ənənələrinin formalaşması baxımından çox önəmli müstəqillik tarixi haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın 1919-cu ildə qəbul edildiyi tarixin - iyulun 9-nun Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur və bu il həmin əlamətdar tarixdən düz 100 il keçir.

Müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş xarici siyasət kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən diplomat milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiəsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət aparıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, “Əbədi ezamiyyət” filmi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişi Argentinada Azərbaycanın tarixi, keçdiyi müstəqillik yolu və əldə etdiyi nailiyyətlərin təbliği baxımından təqdirəlayiq hal kimi qiymətləndirilib.




Baxış sayı: 1 027
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031