FACT-INFO.AZ » SİYASƏT » BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb
9-12-2019, 10:00 | SİYASƏT
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı və nasistlərin qəhrəmanlar kimi qələmə verilməsi siyasəti barədə məlumatlandırılıb

Dekabrın 9-da BMT-nin mənzil-qərargahında Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın qəbul edilməsinin 71-ci ildönümü, həmçinin Beynəlxalq soyqırımı cinayətinin qurbanlarının xatirəsinə ehtiram və bu cinayətin qarşısının alınması günü ilə əlaqədar tədbirlər keçiriləcək.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Baş katibi Antonio Quterreşə rəsmi məktub ünvanlayıb.

Diplomat BMT rəhbərinə müraciətində yazır ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edəndən və Birləşmiş Millətlər Təşkilatına daxil olandan sonra onun qoşulduğu ilk beynəlxalq müqavilələrdən biri Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyadır. Y.Əliyevin sözlərinə görə, bu Konvensiyanın hamılıqla ratifikasiya edilməsi beynəlxalq birliyin soyqırımı cinayətinin kökünün kəsilməsinə hamının tərəfdar olmasını göstərən mühüm addım olar. Y.Əliyev əhalinin soyqırımıdan, hərbi cinayətlərdən, etnik təmizləmədən və insanlıq əleyhinə cinayətlərdən qorunması üzrə milli və beynəlxalq səylərin təbliğində soyqırımının qarşısının alınması və “müdafiəyə görə məsuliyyət” konsepsiyası üzrə BMT mandatının əhəmiyyətini vurğulayıb.

Məktubda daha sonra deyilir ki, Azərbaycan soyqırımının dəhşətli bəla olmasını öz təcrübəsinə əsasən bilir. Hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Həmin gün 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qırğınlar nəticəsində həlak olmuş minlərlə dinc azərbaycanlının xatirəsi ehtiramla yad edilir.

1980-ci illərin axırlarında Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş müharibədə beynəlxalq humanitar hüququn hərbi cinayətlərə, insanlığa qarşı cinayətlərə və soyqırımı aktlarına bərabər tutulan ciddi pozuntularına yol verilib. Bu gün də davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, şəhərlərin, qəsəbələrin və kəndlərin dağılmasına gətirib çıxarıb; minlərlə insan itkin düşüb; Azərbaycanın işğal edilmiş bütün ərazilərində 1 milyondan çox azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılıb.

Bu münaqişənin mövcud olduğu bütün dövr ərzində ən kütləvi qətllər 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilib. Erməni silahlı qüvvələrinin hücumu və şəhəri işğal etməsi nəticəsində yüzlərlə azərbaycanlı sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar öldürülüb, yaralanıb və ya girov götürülüb, şəhər isə viran edilib. Xocalıda törədilmiş qəddarlığın dərəcəsi insanı şoka salır: altı ailə tamamilə məhv edilib; 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib; 56 kişi diri-diri yandırılıb, onların başının dərisi soyulub, başları kəsilib, gözləri çıxarılıb, digər işgəncələrə məruz qalıblar; hamilə qadınların qarnı avtomat süngüləri ilə deşilib.

Azərbaycanlı diplomat vurğulayır ki, beynəlxalq birlik Xocalıda və Azərbaycanın digər şəhər, qəsəbə və kəndlərində baş vermiş hadisələr barədə düşünməlidir. Azərbaycana qarşı təcavüzün gedişində törədilmiş dəhşətli cinayətlərə görə Yerevanın məsuliyyət daşımasını inadkarlıqla inkar etməsi beynəlxalq hüquqa və insan hüquqlarına meydan oxumaq, möhkəm sülhə və həqiqi barışığa doğru aparan yolda birbaşa maneədir.

Bu illər ərzində institusional fəaliyyətlə yanaşı, beynəlxalq norma və standartlar da xeyli inkişaf edib. Buna baxmayaraq, mülki şəxslər silahlı münaqişə nəticəsində hələ də zərər çəkməkdə davam edirlər. Cəzasızlığa qarşı səmərəli mübarizə üçün zəruri olan digər mühüm tədbirlər sırasında bunu da yəqin etmək vacibdir ki, sülhün bərqərar olmasına yönəlmiş səylər və preventiv diplomatiya cinayətə görə cavabdehliyin təmin edilməsinə şərait yaradır və heç bir halda soyqırımı, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və etnik təmizləmələr kimi beynəlxalq hüququn çox kobud şəkildə pozulması, qanunsuz olaraq qüvvə tətbiq edilməsi nəticəsində yaranan şəraitin saxlanmasına imkan vermir.

Bundan əlavə, xüsusi qeyd etmək lazımdır ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya İkinci Dünya müharibəsi zamanı mülki əhaliyə qarşı geniş yayılmış vəhşicəsinə cinayətlərə cavab olaraq qəbul edilib. Buna baxmayaraq, bəzi ölkələrdə, o cümlədən özlərini insan haqlarının müdafiəsinin və soyqırımının qarşısının alınması proqramının qızğın tərəfdarları kimi təqdim etməyə çalışan ölkələrdə nasistlərin və onların əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi hallarına hələ də rast gəlinir. Bu cür həyasızcasına riyakarlıq qəbuledilməzdir və İkinci Dünya müharibəsi dövründə istibdaddan və müstəmləkəçilikdən azad olmaq uğrunda bütün dünyada canlarından keçmiş milyonlarla insanın xatirəsinə dərin hörmətsizlik əlamətidir.

Yaşar Əliyev sonda həmin məktubun gündəliyin 31, 32, 37, 68, 75, 83 və 130-cu bəndləri üzrə Baş Assambleyanın və Təhlükəsizlik Şurasını sənədləri kimi yayılmasını xahiş edir.

Xatırladaq ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 (III) qətnaməsi ilə Parisdə qəbul edilib. 1951-ci il yanvarın 12-də qüvvəyə minmiş bu Konvensiya “soyqırımı” anlayışının insanlığa qarşı ən ağır cinayət kimi beynəlxalq hüquqi statusunu müəyyən edir və onu hüquqi tərifini verir.




Baxış sayı: 1 010
Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir Bu gün, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Bu gün, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək Bu gün, 18:00 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı Bu gün, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb Bu gün, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova Bu gün, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib Bu gün, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT Dünən, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır Dünən, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib Dünən, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb Dünən, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi Dünən, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb Dünən, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir Dünən, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub Dünən, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib Dünən, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər Dünən, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb 2-09-2026, 08:30 Şamaxıda zəlzələ baş verib 2-09-2026, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 1-09-2026, 19:00 Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir 1-09-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930