FACT-INFO.AZ » XƏBƏR » Prezident İlham Əliyev: Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
6-12-2019, 10:50 | XƏBƏR
Prezident İlham Əliyev: Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat verdilər.

Sifarişçisi Dövlət Agentliyi, podratçısı isə “Kristal Abşeron” olan kompleksin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. Kompleks Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcək. “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.

Qeyd edək ki, bu günədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. 2019-cu ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edib.

Sonra Prezident İlham Əliyev kompleksin əməkdaşları ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı -Bu gün Şamaxıda “ASAN Həyat” Mərkəzi açılır. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Əminəm ki, vətəndaşları razı salacaqsınız və “ASAN xidmət” öz yüksək keyfiyyətini saxlayacaq.

Şadam ki, mənim təşəbbüsümlə yaradılmış bu xidmət bu gün nəinki ölkəmizdə, hətta xarici ölkələrdə də böyük rəğbətlə qarşılanır. Şadam ki, “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Yəni, bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb. Eyni zamanda, “ASAN xidmət” cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olubdur. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir.

Təsadüfi deyil ki, artıq 34 milyondan çox müraciət daxil olub və bu müraciətlər cavabsız qalmır. “ASAN xidmət” öz coğrafiyasını genişləndirir. Bu, sayca 16-cı mərkəzdir və artıq 4 mərkəzdə tamamlama işləri aparılır. Kürdəmir, Ağcabədi, Tovuz mərkəzləri artıq hazırdır, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcəkdir. Mənə verilən məlumata görə, Bakı mərkəzlərində, - baxmayaraq ki, Bakıda 5 mərkəz fəaliyyət göstərir, - artıq növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın, eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində ikinci mərkəzlər açılacaqdır. Artıq çoxdandır səyyar xidmət də göstərilir, 10-dan çox avtobus daim ölkəmizi dolaşır, “ASAN qatar” da fəaliyyət göstərir. Demək olar ki, ölkəmizin hər bir yeri belə gözəl xidmətlə əhatə olunub. Xidmətlərin sayı artır, artıq 320-dən çox xidmət göstərilir. ABAD Mərkəzlərinin fəaliyyətini nəzərə alsaq, artıq bu rəqəm 350-yə çatır. Bu da onu göstərir ki, biz son illərdə ASAN-ın funksiyalarını böyük dərəcədə genişləndirə bilmişik və buna ehtiyac var idi. Çünki “ASAN xidmət”də işlər yüksək dərəcədə düzgün qurulur. Problemli sahələrin bir çoxu da “ASAN xidmət”in əhatəsinə daxil edilib. Beləliklə, artan xidmətlər və xidmətlərin keyfiyyəti göstərir ki, biz düzgün yoldayıq. Çünki biz başlayanda xidmətlərin sayı təqribən 20-30 ətrafında idi.

ASAN bizim intellektual məhsulumuzdur. Mən çox şadam ki, Azərbaycan intellektual məhsul icad edir və bunu ixrac edir. İntellektual məhsulun, xidmətlərin ixracı hesab edirəm ki, bizim gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır. “Bakutel” sərgisində də mənə edilən təqdimatlar göstərir ki, biz artıq xidmətləri, o cümlədən peyk xidmətlərini, innovasiyalarla bağlı olan xidmətləri ixrac edirik. “ASAN xidmət” mərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərir və bir neçə ölkə ilə bizim artıq anlaşma memorandumlarımız və sazişlər imzalanıbdır. ASAN dünyada öz fəaliyyətini genişləndirir və bizim gələcəkdə də bir çox ölkələrlə əməkdaşlığımız mümkündür. Əsas şərtimiz ondan ibarətdir ki, Azərbaycanda göstərilən xidmət orada da göstərilsin, çünki bu, bizim brendimizdir və mərkəzin adı da bütün ölkələrdə ASAN olmalıdır. Təsadüfi deyil ki, ASAN artıq beynəlxalq mükafatlara da layiq görülüb və Azərbaycanın həm intellektual brendidir, həm də bizim siyasətimizi, niyyətimizi əks etdirir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, hər bir sahədə şəffaflıq, dürüstlük, mədəni xidmət olsun, pozuntulara yol verilməsin. Hesab edirəm ki, “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli mexanizmlərdən biridir. Bu məsələlərlə bağlı köklü tədbirlər görülür. Azərbaycanda korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq, yaxud da ki, əhəmiyyətli dərəcədə azaltmaq üçün əməli tədbirlər görülür. Bu tədbirlər həm nəticə verir, həm də verəcək. Ona görə inzibati tədbirlərlə, cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də görülməlidir ki, biz korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək. Biz buna nail oluruq.

“ASAN xidmət”, eyni zamanda, bizim siyasətimizi göstərir ki, bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu, həm gənclərimizin istedadını, biliklərini göstərir və həm də kadr hazırlığı üçün də çox önəmlidir. Çünki artıq minlərlə ASAN könüllü müxtəlif önəmli vəzifələrdə çalışır. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alırlar, bilikli kadrlar kimi onlara inam artır və onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Onu da bildirməliyəm ki, könüllülər hərəkatı bizdə “ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir. Bizim gənclərimiz məhz belə olmalıdır. Mən bu yaxınlarda Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdə gənclərə öz sözlərimi dedim. Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır. Gənclər biliklərlə yanaşı, Vətənə bağlı olmalıdırlar, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.

“ASAN xidmət”, eyni zamanda, xidmət sektorunda yenilikdir. “ASAN xidmət” göstərdi ki, xidmət sektoru necə olmalıdır. Bax, bütün “ASAN xidmət” mərkəzlərinə gələn, müraciət edən vətəndaşlar sizi görürlər, gözəl gənclərimizi, gözəl mədəniyyəti, xoş münasibəti, gülər üzləri görürlər. Doğrudan da böyük sərvətdir və bunu biz özümüz yaratmışıq. Bir daha demək istəyirəm ki, bu, bizim milli brendimizdir və milli sərvətimizdir.

Ona görə ASAN mərkəzlərinin sayının artırılması ilə bağlı mənim tərəfimdən göstərişlər verilir. Eyni zamanda, ASAN mərkəzlərinin funksiyalarının genişləndirilməsi ilə əlaqədar “ASAN xidmət” və onun rəhbərliyi çox fəal işləyir. Hər bir mərkəzin açılışında mən hansısa bir yeniliklə rastlaşıram. Mənə edilən məruzələrdən görürəm ki, ildən-ilə yeni innovasiyaları hərəkətə gətirmək üçün imkan yaradılır və bu innovasiyalar da tətbiq ediləcəkdir. Bu gün mənə məruzə edilən məsələlərdən biri “smart city” layihəsidir. Biz mütləq buna keçməliyik. Artıq müvafiq göstərişlər verildi ki, Bakı şəhərində “smart city” sisteminin tətbiqi üçün əməli addımlar atılsın. O cümlədən, digər şəhər və rayonlarımızda da bu istiqamətdə işlər görüləcəkdir.

Şadam ki, bu mərkəz Şamaxı şəhərində açılır. Şamaxı bizim qədim diyarımızdır, tarixi yerimizdir. Şamaxının çox zəngin tarixi, mədəniyyəti var. Şamaxının tarixi abidələri hər birimiz üçün çox əzizdir. Şadam ki, mənim göstərişimlə qədim Şamaxı Cümə məscidi əsaslı təmir olundu. Bu, Azərbaycanın ən qədim məscididir, müsəlman aləminin ən qədim məscidlərindən biridir. 743-cü ildə inşa edilmişdir. Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk. Bu yaxınlarda rayon icra hakimiyyətinə kifayət qədər böyük vəsait ayrıldı ki, infrastrukturla bağlı layihələr icra edilsin. Müasir sərnişin avtobusları, müasir təcili tibb yardımı maşınları, kommunal texnika gətiriləcək. Tapşırıq verilmişdir ki, Şamaxı şəhərinin bütün daxili yolları, kənd yolları əsaslı şəkildə təmir edilsin. Şəhərin içməli su problemi təxminən gələn ilin aprel-may aylarında həllini tapacaq və şamaxılılar təmiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcəklər. Şamaxı rayonunda qazlaşdırma 95 faizdir. Baxmayaraq ki, bir çox kəndlər bir-birindən aralıdır və dağ kəndləridir, amma biz qazlaşdırmanı 95 faizə çatdırmışıq. Elektrik enerjisi ilə heç bir problem yoxdur. Bakı-Şamaxı avtomobil yolunu mənim göstərişimlə dörd zolağa genişləndirdik və çox rahat yoldur. O yolun axırıncı hissəsi bu gün rəsmən açıldı. Həmçinin kənd yollarının tikintisi aparılır. Vaxtilə burada Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya Kompleksi inşa olunmuşdur. Şamaxı Rəsədxanası əsaslı təmir edilmişdir. Əlbəttə ki, həm respublika sakinləri, həm də qonaqlar üçün Şamaxı-Lahıc yolu nəinki əsaslı şəkildə təmir olundu, Şamaxı-Dəmirçi, Dəmirçi-Lahıc yolu yenidən çəkildi. Yəni indi Lahıca ən təhlükəsiz yol Şamaxıdan keçir. Biz indi Şamaxını müasir turizm mərkəzi kimi inkişaf etdiririk. Böyük üzüm bağları salınır, üzüm festivalı keçirilir, Şamaxı və Hacıqabul rayonlarının ərazisində ölkəmizin ən böyük aqroparkı salınır. O aqroparkın sahəsi 42 min hektardır və kənd təsərrüfatının inkişafına böyük dərəcədə təkan verəcəkdir. Şamaxı ənənəvi üzümçülük rayonudur. Üzümçülüyün ənənələri bərpa edilir, iş yerləri açılır, o cümlədən ödənişli ictimai işlər yaradılır. Şamaxı Azərbaycan xalqının böyük oğlu İmadəddin Nəsiminin vətənidir. Bilirsiniz ki, mənim Sərəncamımla bu il “Nəsimi ili” elan edilibdir. Böyük Nəsiminin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq sabah bütün ölkəmizdə kütləvi ağacəkmə aksiyası keçiriləcək və bütövlükdə 650 min ağac əkiləcəkdir. Nəsimi festivalı ənənəvi xarakter alıbdır. Şamaxının çox qədim tarixi var və çox görkəmli nümayəndələri Azərbaycan xalqının şöhrətini yüksəklərə qaldırırlar.

Siz isə gəncsiniz, müstəqil həyata yenicə qədəm qoyursunuz. Şadam ki, sizin fəaliyyətiniz “ASAN xidmət” mərkəzində başlayır və əminəm ki, burada qazanacağınız təcrübə gələcək həyatınızda sizə kömək edəcək. Siz öz biliklərinizi, bacarığınızı ölkəmizin ümumi işinə bir töhfə kimi qoyacaqsınız. Sizi təbrik edirəm və uğurlar arzulayıram.




Baxış sayı: 968
Ankara Qazi Universitetində Xocalı soyqırımına həsr olunmuş müzakirələr təşkil edilib Dünən, 18:30 Türkiyə Orta Dəhlizin əsasını təşkil edən BTQ dəmir yolunun tam gücü ilə işləməsinə əhəmiyyət verir - Hakan Fidan Dünən, 18:30 Deputat: Azərbaycan neomüstəmləkəçiliyin heç bir halı ilə barışmır Dünən, 17:00 Xocalı: Xalqımızın qan yaddaşı Dünən, 12:00 “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub Dünən, 12:00 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər Dünən, 11:00 Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib Dünən, 10:00 "Xocalı soyqırımının ildönümündə Azərbaycanla həmrəyik" - Pakistan səfiri Dünən, 10:00 Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb Dünən, 09:00 Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib Dünən, 07:30 Türkiyə Avropada həlledici rol oynayacaq 25-02-2025, 20:30 İnkişaf edən Azərbaycan və Pakistan münasibətləri sarsılmaz dostluğa və qardaşlığa söykənir 25-02-2025, 19:00 Pezeşkian Lavrovu qəbul etdi 25-02-2025, 18:30 Vətən müharibəsinin iştirakçısı, cərrah Anar Yusibov: “Xocalı heç vaxt yaddaşımızdan silinməyəcək faciədir” 25-02-2025, 16:00 “İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda təlim keçirilib 25-02-2025, 13:00 Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib 25-02-2025, 12:30 "Dünya dövlətləri Xocalı soyqırımı canilərinin öz layiqli cəzalarını alması üçün səylərini artırmalıdır" 25-02-2025, 11:00 Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə çağırış edib 25-02-2025, 11:00 Rumıniyada Xocalı qurbanlarının xatirəsi anılıb 25-02-2025, 10:30 Azərbaycanla Pakistan birgə istehsal müəssisələri yaradır 25-02-2025, 08:00 Şahbaz Şərif: Azərbaycanla dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olub 24-02-2025, 20:30 Elnur Məmmədov Cenevrədə Ermənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavab verib 24-02-2025, 20:00 Shehbaz Sharif: Our friendship, political understanding, union of thought and action with Azerbaijan at international levels have been legendary 24-02-2025, 19:30 Prezident İlham Əliyev: Azərbaycan və Pakistan iqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırmalıdırlar 24-02-2025, 15:00 Rusiya-Ukrayna müharibəsi ədalətlə bitəcəkmi? 24-02-2025, 15:00 Deputat: Heydər Əliyev ana dilinin qorunması istiqamətində müstəsna xidmətlər göstərib 24-02-2025, 14:00 Niderland Krallığında Xocalı soyqırımının 33-cü ildönümü qeyd edilib, qurbanların xatirəsi anılıb 24-02-2025, 10:30 Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün kənar vasitəçiyə ehtiyac yoxdur 24-02-2025, 10:30 Əcnəbi media COP29-un ciddi nəticələrlə yadda qalması haqqında yazıb 24-02-2025, 10:00 Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsini müzakirə edib 24-02-2025, 08:00
Köşə yazarları
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728