FACT-INFO.AZ » MƏDƏNİYYƏT » ABŞ-da Azərbaycan xalçalarının sərgisi açılıb
5-12-2019, 10:20 | MƏDƏNİYYƏT
ABŞ-da Azərbaycan xalçalarının sərgisi açılıb

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti ilə Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası arasında imzalanan niyyət protokoluna uyğun olaraq, ABŞ-da Azərbaycan xalçalarına həsr edilmiş tədbirlərin keçirilməsinə başlanılıb.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, dekabrın 3-də ABŞ-Azərbaycan Ticarət Palatası, “Azərxalça” ASC və Azərbaycanın ABŞ-dakı səfirliyinin birgə təşkilatçılığı ilə Palatanın Vaşinqtonda yerləşən inzibati binasında Azərbaycan xalçalarından ibarət sərgi açılıb.

ABŞ-da yaşayan soydaşlarımızın, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekutanın, bu ölkənin tanınmış ictimai xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən Palatanın icraçı direktoru Natiq Baxışov qonaqları salamlayıb və sərgi haqqında məlumat verib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan xalçalarının Vaşinqtonda sərgisinin mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi baxımından əhəmiyyətini vurğulayıb, xalçaların əsasən məcburi köçkün xanımlarımız tərəfindən toxunması faktını xüsusilə qeyd edib.

“Azərxalça” ASC İdarə Heyəti sədrinin müavini Orxan Rzayev çıxış edərək xalçaçılıq tarixindən danışıb, bu tarixi ənənənin hazırda Azərbaycan dövləti tərəfindən xüsusi qayğı ilə yenidən bərpa edildiyini bildirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı özünün ən yüksək inkişaf dövrünü yaşayır. 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin hazırda 21 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 13 min kvadratmetrdən çox xalça toxunub.

Orxan Rzayev deyib ki, Azərbaycan dövləti tarixi xalçaçılıq mərkəzi olan Qarabağda xalça fabriklərinin yaradılmasına xüsusi önəm verir. Bu, həm məcburi köçkünlərin işlə təmin olunması, həm də Qarabağ xalçalarının yaşadılması baxımından olduqca əhəmiyyətli məsələdir. “Azərxalça”nın Qarabağ bölgəsində 4 xalça istehsalı emalatxanası – Füzuli, Ağdam, Tərtər və Cəbrayıl filialları fəaliyyət göstərir. Füzuli rayonundakı emalatxana Horadiz şəhərində, Ağdamdakı xalça fabriki Quzanlı qəsəbəsində yerləşir. Cəbrayıl rayonu işğal altında olduğundan “Azərxalça”nın Cəbrayıl filialı bu rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu ərazisində yaradılıb.

Bildirilib ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Burada toxunan xalçalar, bu xalçalarda öz əksini tapan naxışlar da göstərir ki, Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Qarabağda mövcud olan çoxsaylı sənət sahələri içərisində aparıcı yeri xalçaçılıq tutub. Azərbaycan dövləti tarixi Qarabağ xalçalarını yaşadaraq onun əvvəlki şöhrətini özünə qaytarır.

Sonra sərgiyə baxış olub.

Qeyd edək ki, “Azərxalça” ASC ilə ABŞ-Azərbaycan Ticarət Palatasının birgə keçirdiyi tədbirlər həftə ərzində davam etdiriləcək.




Baxış sayı: 1 110
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031