Fact-info.az azvision.az-a istinadən xəbər verir ki, iclasda Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Ramiz Həsənov, Qətər tərəfdən isə xarici işlər üzrə dövlət naziri Sultan bin Səd əl-Mureyxi iştirak edib.
Tərəflər Körfəzdə və Cənubi Qafqaz regionunda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
R. Həsənov Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud vəziyyət, danışıqlar prosesi barədə məlumat verib. Qətər tərəfinə münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində ədalətli həllndə azərbaycanın yanında olduğuna görə minnətdarlığını bildirib.
Qətərli nazir ölkəsinin BMT Təhlükəsizlik Şutrasının qətnamələrini tam dəstəklədiyini, münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu deyib. Vurğulayıb ki, Qətər məsələ ilə bağlı bütün qərar və qətnamələrdə Azərbaycanın yanında olub və bundan sonra da olacaqdır.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri və qarşlıqlı maraq doğuran digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı: 932
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

