2019-cu ilin noyabrınadək olan məlumata əsasən, “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son illərdə artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir.
Belə ki, “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1392 elmi tədqiqat işi qeydə alınıb. Analoji rəqəm Ermənistan üçün 1119, Gürcüstan üçün isə 999 təşkil edir.
Qeyd edək ki, 2019-cu ilə dair məlumatlar növbəti ilin ilk yarımili ərzində tamamlanacaq və həmin rəqəmin artacağı gözlənilir.
Təhsil Nazirliyi ilə “Clarivate Analytics” (“Thomson Reuters” şirkəti) arasında 22 dekabr 2015-ci ildə əməkdaşlıq haqqında müqavilə imzalanıb. Ölkəmizin elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan “Web of Science”ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb, elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib.
Baxış sayı: 957
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

