FACT-INFO.AZ » XƏBƏR » Niderlandda “Bitməyən əzab” sənədli filminin təqdimatı olub
29-11-2019, 10:00 | XƏBƏR
Niderlandda “Bitməyən əzab” sənədli filminin təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hücum diplomatiyası tövsiyəsinə uyğun olaraq, Niderland Krallığında Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (DK) və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, eləcə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, dövlət terrorçuluğu və silahlı separatçılıq siyasəti nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş azərbaycanlıların, xüsusilə mülki əhalinin məruz qaldığı etnik təmizləmə, qətliam və soyqırımı faktlarının sənədli materiallar əsasında beynəlxalq aləmə çatdırılması üzrə silsilə tədbirlər keçirilir.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirlərdə DK-nın və Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə birgə hazırladığı, erməni silahlı birləşmələri tərəfindən azərbaycanlı qadınlara, uşaqlara və qocalara qarşı törədilən ağlasığmaz vəhşilikləri, qətl və işgəncə faktlarını əks etdirən ingilis dilində “Bitməyən əzab” sənədli filminin təqdimatı olub.

Tədbirlərdə ermənilərin müxtəlif dövrlərdə Azərbaycan xalqına qarşı törətdikləri cinayət əməlləri, o cümlədən terror, soyqırımı, vandalizm, əsir və girovlara münasibətdə beynəlxalq hüquq norma və hüquqların pozulması və digər faktları əks etdirən Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqələr Dövlət Komissiyası tərəfindən müxtəlif dillərdə hazırlanmış kitab, broşür, elektron və digər əyani vəsaitlərin sərgisi təşkil edilib.

Rotterdam şəhərində “Marriot-Rotterdam” otelində təşkil olunmuş tədbir Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə Niderlandda yaşayan azərbaycanlılar və türklərlə yanaşı, burada fəaliyyət göstərən yəhudi, yunan, Pakistan, Özbəkistan icmalarının, Baltikyanı və digər ölkələrin təmsilçiləri, eləcə də xarici və Azərbaycan kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

“Bitməyən əzab” sənədli filminin təqdimatından əvvəl DK-nın İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aytən Tarverdiyeva, Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri - Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Avropa Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri-layihə rəhbəri Rada Abbas çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, bu münaqişə nəticəsində torpaqlarımızın işğalı, ölkəmizin məruz qaldığı vandalizm və yandırılmış ərazilər, eləcə də etnik təmizləmə barədə geniş məlumat veriblər. Qeyd ediblər ki, ölkəmizin sülhsevər səylərinə baxmayaraq, Ermənistanın destruktiv mövqeyi münaqişənin həllinə mane olur.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş diaspor quruculuğunun dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən olduğu diqqətə çatdırılaraq bildirilib ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Çıxışlarda, həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizin son illər əldə etdiyi nailiyyətlərə verdiyi töhfələr vurğulanıb.

Niderland-Türk Federasiyasının rəhbəri Murat Gedik, “Belçika Aydin Haber” informasiya resursunun rəhbəri Cəlil Gündoğdu, Niderland “Sintluca Boxtel” İncəsənət İnstitutunun müəllimi, azərbaycanlı rəssam Rasim Hüseynov və digər iştirakçılar da çıxış edərək Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılara qarşı aparılan işgəncə, qətl və soyqırımı faktlarından, onların doğma yurdlarından qovulmasından söz açıb, bu istiqamətdə məlumatların dünya birliyinin diqqətinə çatdırılması ilə bağlı fəaliyyətə dair fikirlərini bildiriblər.

Qeyd olunub ki, öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlı fundamental insan haqlarından məhrum olub, erməni hərbi təcavüzü nəticəsində beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulub, ən çox zorakılığa mülki əhali, xüsusən qadınlar və uşaqlar məruz qalıb. Görünməmiş işgəncələrlə üzləşən qadın, uşaq və qocaların xatirələrinin əbədiləşdirilməsi, müharibə qurbanlarının və şahidlərin özlərinin dili ilə beynəlxalq ictimaiyyətə çatdırılması vacibdir.

Tədbirdə DK-nın arxiv materialları və sənədli faktları əsasında çəkilmiş belə filmlərin daha çox hazırlanması və bütün dünyada yayımlanmasının əhəmiyyətinə toxunulub. Diqqətə çatdırılıb ki, tarix incəsənətin dili, yazılar və filmlər vasitəsi ilə yadda qalacaq, əks təqdirdə unudular. Bu vasitələrlə erməni vəhşiliyi barədə gələcək nəsillərimizi və beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Azərbaycanlılara qarşı filmdə göstərilən əzab və zülmlərdən dünya insanlığı utanacaq. Azərbaycanlıların üzləşdikləri bu zülm və işgəncələri törədənlər ədalət qarısında mütləq cavab verməlidirlər. Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılması, xüsusən Niderlandda eşitdirilməsi son dərəcə vacibdir. Çünki fundamental insan hüquqlarının qorunmasının beşiyi hesab edilən, eləcə də Beynəlxalq İnsan Haqları Məhkəməsinin yerləşdiyi Niderlandda belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bəşəriyyətə, insanlığa qarşı törədilmiş belə vəhşiliklərə göz yummaq olmaz.

Tədbirdə ümummilli lider Heydər Əliyevin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir... Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir” sözləri səsləndirilib.

Sonra “Bitməyən əzab” sənədli filmi nümayiş olunub.

Filmin nümayişi başa çatdıqdan sonra Mayisə Ağamirzəyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında nümayiş etdirdiyi qətiyyətin dünya azərbaycanlılarının böyük məmnunluğu ilə qarşılandığını deyərək xatırladıb ki, dövlətimizin başçısı həmin tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açdı, diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə yönəltdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi dörd qətnamənin 25 ildən bəri yerinə yetirilmədiyini vurğuladı. Silahlı Qüvvələrimizin Ali Baş Komandanının dediyi “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır və nida işarəsi!” sözləri hamımızın ürəyindən xəbər verir.

Mayisə Ağamirzəyeva vurğulayıb ki, bu qətiyyətli mövqe bütün dünya azərbaycanlıları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Diasporumuzun üzvləri Azərbaycan Prezidentinin hücum diplomatiyası tövsiyəsini bir daha xatırladaraq, bu istiqamətdə bundan sonra da əzmlə çalışacaqlarını, Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması üçün səylərini əsirgəməyəcəklərini, daim müstəqil dövlətimizin və Prezidentin ətrafında sıx birləşəcəklərini bildiriblər.

Qeyd edək ki, Niderlandın Haaqa şəhərində də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi və Haaqada fəaliyyət göstərən “Avrasiya Türk Kadınları Fondu”nun birgə təşkilatçılığı ilə “Bitməyən əzab” filminin təqdimatı keçirilib. Təqdimatda yerli azərbaycanlı və türk icmalarının nümayəndələri iştirak ediblər.

“Avrasiya Türk Kadınları Fondu”nun rəhbəri Fatma Aktaş və DK-nın İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, Azərbaycan Respublikasının bu problemin həlli ilə bağlı ədalətli mövqeyinin beynəlxalq aləmə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıblar. Fatma Aktaş təqdim olunan filmin təbliğat baxımından əhəmiyyətini qeyd edərək, DK-nın və Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin bu sahədə fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb. O bildirib ki, “Avrasiya Türk Kadınları Fondu”nun səyləri nəticəsində Dağlıq Qarabağda bitən məşhur “Xarı bülbül” çiçəyi müharibənin qurbanı olmuş Azərbaycan qadınlarının simvolu kimi qəbul olunması məqsədilə Niderlandın aidiyyəti dövlət qurumu tərəfindən patentləşdirilib. Bu simvolu əks etdirən medalyon, yaxa nişanı, geyimlər və digər əyani vəsaitlər beynəlxalq aləmdə nümayiş etdirilərək, qadınların dünyaya ədalətə çağırış səsi kimi müxtəlif tədbirlərdə yayımlanacaq.

Tədbirdə “Bitməyən əzab” filminin digər Avropa ölkələrində də nümayişi təklif olunub, Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif dillərdə kitablar və disklər iştirakçılara təqdim edilib.




Baxış sayı: 956
Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30 Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar muzeyə hədiyyə olunub 30-01-2026, 10:00 Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Rəsmi 30-01-2026, 09:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib 30-01-2026, 07:30 Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər 29-01-2026, 21:30 Özbəkistan Prezidenti: Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir 29-01-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728