Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS İnformasiya Agentliyinə, Rusiyanın nüfuzlu rəsmi qəzeti olan “Rossiyskaya qazeta” nəşrinə və “Rossiya-24” telekanalına müsahibə verib.
Noyabrın 25-də “Rossiya-24” telekanalı Birinci vitse-prezident Mehriban Əliyevanın müsahibəsini yayımlayıb.
Fact-info.az azvision.az-a istinadən xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva müsahibəsində Rusiya Federasiyasına rəsmi səfərindən danışıb, ölkələrimizi möhkəm dostluq və qonşuluq ənənələrinin birləşdirdiyini, Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunduğunu vurğulayıb, həyata keçirilən birgə layihələri qeyd edib.
Birinci vitse-prezident Mehriban Əliyeva müsahibədə iki ölkə arasında humanitar sahədə münasibətlərin dərinləşməsi istiqamətində görülən işlərdən, Azərbaycanda rus dilinə və mədəniyyətinə olan diqqətdən, ölkəmizdəki multikultural mühitdən, Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri sərgisində yaradılan “Azərbaycan” pavilyonundan danışıb.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti müsahibənin sonunda qarşıdan gələn Yeni il bayramı münasibətilə Azərbaycan və rus xalqlarına xoş arzularını çatdırıb.
Baxış sayı: 986
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

