ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu il noyabrın 17-21-də iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil edilib. Səfər çərçivəsində jurnalistlərimiz Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan jurnalistlərinin səfər mübadiləsi ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.
L.Abdullayeva bildirib ki, erməni jurnalistlər azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşüblər. Erməni jurnalistlər Azərbaycanda olarkən müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər.
Baxış sayı: 958
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

