FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Azərbaycan Xalça Muzeyi” kitabı təqdim olunub
23-11-2019, 10:35 | MƏDƏNİYYƏT
“Azərbaycan Xalça Muzeyi” kitabı təqdim olunub

Xalça sənəti Qobustan qaya rəsmləri, Mömünəxatın məqbərəsi, Şəki Xan sarayı, Miniatür sənəti kimi Azərbaycanın bəşəriyyətə bəxş etdiyi ən böyük sərvətlərdən biridir. Xalça həm memarlıq, həm rəssamlıq, həm ədəbiyyat, həm də musiqi ilə bağlı bir sənətdir. At çulu, məfrəş, heybə kimi xalçaçılıq sənəti nümunələri həm məişət, həm də sənət əsəri kimi çox qiymətli nümunələrdir. Bildiyimə görə, dünyada ən qədim xalça Altayda tapılıb və onun tədqiqatçısının fikrincə, vaxtilə Azərbaycan ərazisində olan Midiya mənşəlidir. Dünyanın ən böyük Şeyx Səfi xalçası Təbrizdə şah Təhmasibin vaxtında toxunub və indi London muzeyində nümayiş olunur. Dünyanın müxtəlif muzeylərində Qarabağ, Şirvan, Quba, Təbriz xalçası görəndə onu vətənimizin bir simvolu kimi qəbul edirik.

Bu sözləri Xalq yazıçısı Anar noyabrın 22-də Bakı Kitab Mərkəzində “Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimində söyləyib.

Muzeyin 50 illiyinə həsr olunmuş 400 səhifəlik Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş kitabın ayrı-ayrı bölmələrinin müəllifləri Şirin Məlikova, Kübraxanım Əliyeva, Mira Məmmədxanova, Aytən Əhmədova, Gülzadə Abdulova, həmçinin Aygün Abbasova və Qoşqar Qoşqarlı milli xalça sənətinin ən müxtəlif nümunələri haqqında məlumat veriblər. Onlar qeyd ediblər ki, kitabda muzeyin tarixi, zəngin kolleksiyasının ən gözəl nümunələri, xalçaların müxtəlif növləri, dekorativ-tətbiqi sənətin ayrı-ayrı sahələri, eləcə də xalça sənətinin inkişafında xüsusi rolu olan görkəmli sənətkarlar haqqında dolğun məlumatlar verilib.

Nəşrdə muzeyin eksponatlarının şəkilləri ilə yanaşı, onun tarixini əks etdirən arxiv fotoları və sənədləri illüstrativ materiallar əsasında verilib. “Azərbaycan Xalça Muzeyi” kitabında muzeyin sərgi işi, beynəlxalq əlaqələri və Qarabağın işğalından sonra Milli Xalça Muzeyində müvəqqəti olaraq fəaliyyət göstərən Şuşa filialına həsr olunan bölmələr də var.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında xalça sənəti ilə ədəbiyyat, poeziya arasında bir bağlılıq olduğunu diqqətə çatdıraraq təqdimat mərasiminin Bakı Kitab Mərkəzində olmasını təbii hadisə hesab etdiyini bildirib. O, Xalça Muzeyinin yaranma tarixini xatırladıb və xalq yaradıcılığı növü olan xalça sənətinin bəşəriyyətin ən qiymətli sərvətlərindən biri kimi qorunduğunu deyib. Nazir sürpriz bir məlumatı da tədbir iştirakçılarının nəzərinə çatdırıb: “Xalça Muzeyi elə tikilib ki, nə vaxtsa Xəzərdə suyun səviyyəsi qalxsa, onda bu muzey də bir gəmi kimi suyun üzərinə qalxacaq və qədim sənətin nümunələri bəşəriyyətin ən qiymətli xəzinələrindən biri kimi fəlakətlə üzləşməyəcək”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fərid Quliyev Üzeyir Hacıbəylinin ”Arşın mal alan” operettasından ariya ifa ediblər.

“Azərbaycan Xalça Muzeyi” kitabının təqdimat mərasimində Muzeyin texnologiya şöbəsinin əməkdaşlarının hazırladığı xovlu və xovsuz xalça nümunələri təqdim olunub, şəddə və çətən toxuması üzrə ustad dərsləri keçirilib. Mərasim yeni toxunan xalçanın adət-ənənəyə uyğun şəkildə dəzgahdan kəsimi ilə yekunlaşıb.(Azərtac)




Baxış sayı: 1 155
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031