Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun qış sessiyasında “Beynəlxalq terrorizmə qarşı mübarizə, Avropa Şurası standartlarının və dəyərlərinin qorunması” və “Suriya və İraqda mühacir döyüşçülər” adlı qətnamə layihələrinin müzakirəsi zamanı çıxışında bildirib ki, Avropa terrorizmlə mübarizədə ikili standartlara yol verməməlidir.
Azərbaycanın Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkə olduğunu vurğulayan deputat Avropanı, Avropa Şurasını və onun Parlament Assambleyasını terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməyə, belə mövqedən əl çəkməyə çağırıb. O bildirib ki, harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq etnik və dini ayrı-seçkilik etmədən Avropa, Avropa Şurası və AŞPA terrorizmə qarşı sərt mübarizə aparmalıdır. Amma təəssüf ki, Azərbaycan xalqına qarşı terror hadisələri törədilən zaman Avropa və onun təsisatları ortaya kifayət qədər sərt münasibət qoymayıb. Terror aktlarını təşkil edənlərə, törədənlərə qarşı birgə, ikili standartlara yol vermədən mübarizə aparılacağı təqdirdə səmərəli nəticələr əldə etmək mümkün olacaq.
Deputat, həmçinin Avropada islamofobiya hallarının qarşısının alınması üçün ciddi addımlar atılmasının vacibliyini diqqətə çatdırıb. O deyib ki, bu gün mədəniyyətlərarası, dinlərarası dialoqun inkişafına böyük ehtiyac var. Terrorla effektiv mübarizə aparmaq üçün bütün Avropa ölkələrinin bu istiqamətdə əməkdaşlığının genişlənməsi vacibdir.
Baxış sayı: 1 966
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

