FACT-INFO.AZ » SİYASƏT » QMİ sədri: Erməni dini liderləri razılaşmalara əməl etmir
21-11-2019, 09:15 | SİYASƏT
QMİ sədri: Erməni dini liderləri razılaşmalara əməl etmir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Earle D.Litzenbergeri qəbul edib.

İdarədən Trend-ə verilən məlumata görə, səfiri səmimi salamlayan Şeyxülislam A.Paşazadə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, dini abidələrə və mənəvi irsə qayğı və diqqəti barədə, habelə dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin dinlərarası dialoq istiqamətində həyata keçirdiyi tədbirlər barədə danışıb. QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində Azərbaycan dövlətinin beynəlxalq müstəvidə dinlərarası dialoq və əməkdaşlıq məsələlərinə verdiyi önəm və töhfələrdən söhbət açdı. Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə Bakıda keçirilmiş Dünya dini liderlərinin II Bakı Sammitində ABŞ-dan təşrif buyurmuş geniş nümayəndə heyətinin çoxkonfessiyalı tərkibinin fəal iştirakından məmnun qaldığını bildirən QMİ sədri Zirvə görüşünün doğurduğu beynəlxalq rezonans barədə məlumat verdi. O bildirdi ki, Azərbaycanın təşviq etdiyi, insan həmrəyliyinə xidmət edən multikulturalizm ideyalarına dünyanın ehtiyacı vardır və II Bakı Sammiti bu ümdə həqiqəti bir daha nümayiş etdirdi.

Şeyxülislam xüsusi vurğuladı ki, dünyada mövcud olan və insan qırğınları ilə müşayiət olunan münaqişə bölgələrinin təmsilçilərinin bir araya gəlməsi, bu münaqişələrin qarşısının alınması üçün siyasi, dini, ictimai xadimlərin səylərinin birləşdirməsi böyük dəyər kəsb edir. QMİ sədri Sammitdə nifrət çağırışlarına qarşı, dindən siyasi məqsədlər üçün istifadə olunması əleyhinə, habelə dini-mənəvi irsin saxtalaşdırılması, mənşəyinin dəyişdirilməsi və s. kimi ümumbəşəri məsələlərə dair ümumi mövqenin ifadə olunmasını, bunların Bakı Bəyannaməsində əksinin tapmasını müsbət dəyərləndirdiyini bildirdi.

Qəbula görə təşəkkürünü bildirən, görüşdən məmnun olduğunu qeyd edən səfir anadan olmasının 70 illik yubileyi münasibətilə Şeyxülislamı təbrik edərək xoş arzularını ifadə etdi. QMİ sədrinin dinlərarası əməkdaşlıq işinə verdiyi töhfələri qeyd edən səfir Şeyxülislamın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması yönündə səylərini xüsusi vurğuladı. ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlaması işinə xidmət edən belə ünsiyyətləri yüksək dəyərləndirdiklərini Şeyxülislamın diqqətinə çatdırdı. Erməni dini lideri ilə təmasların davamlı olmasının əhəmiyyətini qeyd edən amerikalı səfir belə görüşlərin, müxtəlif səviyyədə cəmiyyət nümayəndələrinin – jurnalistlərin, dini icma nümayəndələrinin, qadın fəalların qarşılıqlı səfər və müzakirələrinin xalqlar arasında sülhün baş tutacağına ümidləri artırdığını bildirdi. Şeyxülislam A.Paşazadə, öz tərəfindən, 1988-ci ildən bəri vasitəçilər tərəfindən erməni dini liderləri ilə keçirdiyi çoxsaylı görüşlər, o cümlədən, MDB Dinlərarası Şurasının həmsədri kimi İrəvana səfəri, erməni katalikosunu I Bakı Sammiti çərçivəsində Bakıya dəvət etməsi barədə danışdı. QMİ sədri bu görüşlər zamanı əldə olunmuş razılaşmalara erməni tərəfinin davamlı şəkildə əməl etməməsindən narazı qaldığını bildirdi, lakin ümumən dini liderlərin görüşlərinə dair səfirin təklifini müsbət dəyərləndirdi. A. Paşazadə həqiqətə, ədalətə istinad etmə şərti ilə belə görüşlərə ümidlə baxdığını xüsusi vurğuladı.

Şeyxülislam xüsusi vurğuladı ki, narahat dünyamızda mövcud təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər arasında həmrəylik və əməkdaşlıq sayəsində xilas ola bilər. QMİ nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi məhz bu məramlara xidmət edir. Səfir, öz növbəsində, dünyada gedən proseslər fonunda Azərbaycanın multikulturalizm diyarı kimi bəşəriyyətə təqdim etdiyi nümunəvi dinlərarası dialoq və əməkdaşlıq modelinin əhəmiyyətini xüsusi qeyd etdi.




Baxış sayı: 914
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30